Üç aydan sonra əmanətlərin tam sığortalanması başa çatır - ƏMANƏTÇİLƏR NƏ EDƏ BİLƏR?
Üç aydan sonra bankda olan əmanətlərin tam sığortalanması imkanı davam etməyə bilər.
Bu barədə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov məlumat yayıb. O xatırladıb ki, Azərbaycanda 4 mart 2016-cı il tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi mövcuddur: “Ötən il bu sistemin müddəti 1 il də uzadıldı, yəni 2020-ci ilin 4 martınadək. Bu sistemə əsasən fiziki şəxslərin əmanətləri tam məbləğdə sığortalıdır, bu şərtlə ki, milli valyutadakı əmanətin illik faiz dərəcəsi 10%-dən, xarici valyutadakı əmanətin illik faiz dərəcəsi isə 2,5%-dən çox olmasın.
Bəs, 4 mart 2020-ci il tarixdən sonra əmanətlərin sığortalanması necə həyata keçiriləcək?
“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.2-ci maddəsinə əsasən 4 mart 2020-ci il tarixdən sonra bağlanmış hər bir bankda sığortalanmış əmanət yalnız 30000 manatdan çox olmamaq şərtilə kompensasiya ediləcək.
Tutaq ki, vətəndaş 2019-cu ilin 1 avqust tarixində banka 1 il müddətinə 100000 manat məbləğində illik 10%-lə əmanət qoyub. Qüvvədə olan qaydaya görə, əmanət tam sığortalıdır. Yəni, bank 4 mart 2020-ci il tarixədək bağlansa, əmanət tam kompensasiya ediləcək. Lakin bank 4 mart 2020-ci ildən sonra bağlansa, əmanətçiyə yalnız 30000 manat kompensasiya ediləcək.
Qanunun müddəti yenə uzadılacaqmı? Ehtimal aşağıdır. Çünki parlament buraxılmaq üzrədir. Milli Məclisin yeni tərkibi yəqin ki, 4 martdan sonra ilk iclasına toplaşacaq.
Bəs, bu vəziyyətdə əmanətçilər nə edə bilər?
Bankda yalnız 30000 manat həddində əmanət saxlaya bilərlər. Yəni artıq məbləği çıxara bilərlər. Bu məntiqlə əmanətlərinin məbləğini bölüşdürə də bilərlər. Yəni elə edə bilərlər ki, bir nəfərin adına bir bankda 30000 manatdan çox pul qalmasın. Bunun üçün ya əmanəti bir neçə bank arasında bölə (hər bankda maksimum 30000 manat), ya da bir bankda qohumları arasında bölə (hər qohumun adına maksimum 30000 manat) bilərlər.
Əmanətlərini (məbləğindən asılı olmayaraq) daha etibarlı, yəni zənnlərinə görə bağlanma ehtimalı olmayan banklarda saxlaya bilərlər. Amma həmin banklarda əmanətlər üzrə faiz dərəcələri nisbətən aşağıdır”.
© "Qafqazinfo"
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
-
4 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
4 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
-
5 saat əvvəl
Tarixin ən böyük birja çöküşü qapıdadır: “Hazırlıqlı olan daha da varlanacaq”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Ən çox oxunanlar
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib


















