Biznes sinfində dizayn ikonası və idman simvolu – Audi A6 2.0 TFSI

(®) Yeni, 8-ci nəsil Audi A6 biznes seqmentində çoxsaylı innovasiyaları ilə seçilir. Audi A6 indi hər zamankından daha universal, daha texnoloji və artırılmış komfortla yanaşı daha idmansayağıdır.
Biznes sedanın bütün mühərrikləri effektiv Mild Hybrid texnologiyasına sahibdir.
Effektiv və qənaətcil mühərrik - Mild Hyibrid texnologiyası
Artıq ölkəmizə gətirilən biznes sedanlarda yeni mühərrik seçimi mümkün oldu. Bu A6 40 Design və A6 40 Sport modellərində yeni və effektiv, 190 at güclü 2.0 TFSI mühərrikidir. Avtomobilin güc qurğusu yumşaq hybrid texnologiyasına sahibdir. Burada dəyişən cərəyan starter-generatoru (BAS) litium-ion akkumulyatorlarla birgə çalışır. Artıq 22 km/saatadək sürətlərdə start-stop funksiyası işə düşür. Sürətin azalması zamanı BAS 12 KVt-dək enerjini təmin edir. Real vəziyyətlərdə 48 Voltluq MHEV texnologiyası yanacaq sərfiyyatını 100 km üçün 0.7 litrədək aşağı salır. Mühərriklə tandemdə 7 pilləli S-tronic sürətlər qutusu çalışır. Audi A6 avtomobilinin Avro 6 ekoloji normalarına cavab verən 2.0 TFSI mühərrikində yanacaq sərfiyyatı 100 km məsafəyə şəhər daxili 8.7 litr, şəhərdən kənar 5.7 litr, qarışıq rejimdə 6.8 litr təşkil edir.
Dizayn və praktiklik
Sərt cizgilər, parlaq dizayn, işgüzar görünüş - eksteryerin balanslaşdırılmış ölçüləri dinamika və salon komfortu üçün idealdır. Enli Singleframe radiator qəfəsi, nazik LED işıqlarla avtomobilə əsrarəngiz görkəm verir. 0,24 minimal aerodinamik müqavimətə sahib olan A6-nın gövdəsi hətta yüksək sürətlərdə səssiz və rəvandır. Alüminium və polad materialların intellektual sintezi sayəsində sərt və təhlükəsiz kuzov biznes sedanın idman avtomobili kimi idarə olunmasına imkan verir. Audi A6-nın uzunluğu 4939 mm, eni 1886 mm, hündürlü isə 1457 mm-dir. Geniş təkər bazası sayəsində komfortlu salonla yanaşı 530 litrlik baqaj həcminə də yer ayrılıb.
İnteryer və intellektual sistemlər
Yeni idman stilində oturacaqlar uzaq məsafələrdə həm sürücüyə, həm də sərnişinlərə komfortlu səyahət həzzi bəxş edir. Çox istiqamətli tənzimləmə imkanları ilə yanaşı ön oturacaqların qızdırılması funksiyası baza təchizatına daxildir.
Rəqəmsal sensor cihazlar biznes sedanın intellektual tənzimləmələrini və rahat idarəsini təmin edir.
MMI Touch Response əməliyyat sistemi – personallaşdırma və intuitiv idarəetmə üçün yeni standartları müəyyənləşdirir. İntellektual sistemlərin geniş imkanları sayəsində avtomobil sürücüyə uyğunlaşır. Sistem avtomobilin funksiyalarına sürətli çıxış imkanına sahibdir. Sürücü informasiya-əyləncə sistemlərini diaqonal ölçüsü 10,1 düym olan yuxarı displeydə, iqlim nəzarəti və rahatlıq funksiyalarını 8,6 düymlük aşağı-mərkəzi konsoldakı displeydə idarə edə bilər.
Mükəmməl asqı və Audi Drive Select
Dayanıqlı və komfortlu asqı sistemi eyni zamanda artırılmış idmançı xüsusiyyətlərinə malikdir. Öndə və arxada 5 qollu konstruksiyada asqı sisteminin innovativ həlli biznes sedanı daha manevrli və dayanıqlı edir. Hərəkət rejimlərinin dəyişdirilməsi imkanı üstün komfort, mükəmməl stabillik və daha çox idmançı xüsusiyyətlərini bir avtomobildə görməyə imkan verir.
Sürücüyə köməkçi sistemlər və təhlükəsizlik
Premium sinifdə komfort və təhlükəsizlik etalonu - Audi A6! Təkmilləşdirilmiş sistemlər sayəsində daha çox komfort, mükəmməl təhlükəsizlik təminatı Audi A6-nın lüks avtomobillər və biznes sinfində yeni standartlarını təmin edir. 8-ci nəsil A6 modelində 39-dək sürücü köməkçi sistemləri 3 fərqli paketdə cəmləşib. Sürət limitli kruiz-kontrol sürətli yollarda sürücüyə rahatlıq bəxş edir. Proqressiv sükan idarəetməsində sürücü sükan çarxının dönmə bucağını nə qədər çox artırarsa, təkərlər daha böyük bucaq altında dönür. Bununla da, sürətli döngələrin maksimum komfortlu keçidi təmin edilir. İdarəetmə daha idmansayağı olur və əks əlaqə güclənir. Audi A6 şəhərdə daha manevrli, sürətli yollarda isə dayanıqlı və mükəmməldir. Arsenalda ESC, ABS, EBD, DBS sistemləri mövcuddur.
Biznes sinfində təhlükəsizlik baxımından Audi A6 yeni standartlar diktə edir. Elektron aktiv təhlükəsizlik sistemləri avtomobili istənilən ekstremal vəziyyətdən çıxarmağa qadirdir. Audi A6 eyni zamanda Avropanın təhlükəsizlik sınaq testlərini aparan EuroNCAP təşkilatının 5 ulduzuna layiq görülüb.
Audi A6 40 Design 51 000 avro, Audi A6 40 Sport isə 57000 avroya təklif olunur. Avtomobilləri rəsmi idxalçıdan 5 il və ya 150 000 km zəmanətlə, sərfəli kredit və lizinq şərtləri ilə də əldə etmək mümkündür.
Audi AG haqqında
Alman avtomobil şirkəti - Audi "Volkswagen" qrupunun üzvüdür. Şirkətin mərkəzi İngolştadda (Bavariya, Almaniya) yerləşir. Şirkətin keçmişi 1899-cu ilə və Avqust Horxla (August Horch) bağlıdır. İlk "Horch" avtomobili Avqust Horx tərəfindən 1901-ci ildə hazırlanmışdır. 1910-cu ildə Horx şəriklərinin şirkətindən ayrılır. Alman dilindən "dinlə" kimi tərcümə olunan "horch" sözünü, latın dilində eyni mənanı verən Audi ilə əvəz edən Avqust Horx, bu sözü yeni yaratdığı şirkətin adına çevirir.
1932-ci ildə Audi, Auto Unionu meydana gətirmək üçün Horch, DKW və Wanderer şirkətləri ilə birləşdi. "Auto Union" şirkətinin istifadə etdiyi bir-birinə bağlı dörd halqa bu gün Audinin loqosu olaraq istifadə edilməkdədir.
Audi Azərbaycan haqqında
“Dream Auto” MMC Audi markalı avtomobillərin Azərbaycanda rəsmi idxalçısı kimi fəaliyyət göstərir. Audi Azərbaycan markanın model sırasının geniş çeşidlərini satış salonunda avtomobil həvəskarlarına təqdim etməklə yanaşı, istehsalçının bütün tələblərinə cavab verən müasir servis mərkəzi ilə satış sonrası texniki xidmətləri tam həcmdə həyata keçirir.
Rəsmi diler: “Dream Auto” MMC
Ünvan: Babək prospekti, 43A Bakı, Azərbaycan
Tel: *8008
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
-
4 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
6 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
6 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
6 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
