Azərbaycanın qeyri-neft sektoru üzrə aylıq ixracı 162 milyon dollardır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin dekabr sayı təqdim olunub.
“Marja” xəbər verir ki, icmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində ölkəmizin ixracı 18,3 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 365 milyon ABŞ dolları və ya 2 faiz artıb.
Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 781 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb (hər ay orta hesabla 162 milyon dollar). 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında qeyri-neft sektoru üzrə ixrac 249 milyon ABŞ dolları və ya 16 faiz artıb.
Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 622,3 milyon, Türkiyəyə 363,3 milyon, İsveçrəyə 164 milyon, Gürcüstana 150,6 milyon və Ukraynaya 46,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında Rusiyaya qeyri-neft ixracı 12 faiz, Türkiyəyə 13 faiz, İsveçrəyə 33 faiz, Gürcüstana 29 faiz və Ukraynaya 27 faiz artıb.
2019-cu ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (166,7 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 157,7 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (113,5 milyon ABŞ dolları) üçüncü olub.
Ümumiyyətlə, 2019-cu ilin 11 ayı ərzində meyvə-tərəvəz ixracı 541,9 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 168,1 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 117,9 milyon, pambıq lifi ixracı 108,8 milyon, kimya sənayesi məhsullarının ixracı 95,5 milyon, elektrik enerjisinin ixracı 76 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 54,8 milyon, pambıq ipliyi ixracı 27,3 milyon, şəkər ixracı 26,4 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 22,6 milyon ABŞ dolları təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 54 faiz, pambıq lifinin ixracı 53 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 52 faiz, kimya sənayesi məhsullarının ixracı 30 faiz, pambıq ipliyinin ixracı 28 faiz, elektrik enerjisi ixracı 17 faiz, şəkər ixracı 14 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 11 faiz, meyvə-tərəvəzin ixracı 9 faiz artıb.
2019-cu ilin noyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 208 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin noyabr ayı ilə müqayisədə 2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 27 milyon ABŞ dolları və ya 15 faiz artıb.
Bu ilin noyabr ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (88,4 milyon ABŞ dolları), Türkiyəyə (38,7 milyon ABŞ dolları), Gürcüstana (19,1 milyon ABŞ dolları), İsveçrəyə (16,4 milyon ABŞ dolları) və Ukraynaya (6,6 milyon ABŞ dolları) ixrac edilib.
2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (37 milyon ABŞ dolları) birinci, tomat (pomidor - 19,1 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (16,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
49 d. əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
56 d. əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
1 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
1 saat əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
2 saat əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
2 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbul planı
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza






















