"Həm ərəb ölkələri, həm də Rusiyadan təkliflər almışam"
Biləsuvarın Zəhmətabad kəndində 8 hektardan çox ərazidə salınan intensiv meyvə bağlarında növbəti mövsümdə də məhsuldarlığın yüksək olması planlaşdırılır. Payız fəslində bağlardan bol məhsul toplanılıb. Hazırda isə ağaclara qış qulluğu edilir.
Təsərrüfat rəhbəri İsmayıl Mahmudovun sözlərinə görə, meyvə bağları xarici mütəxəssislərin tövsiyələrinə uyğun olaraq, torpaq və iqlim şəraiti nəzərə alınmaqla salınıb. Bağlarda Türkiyədən gətirilən 14 mindən çox yüksək məhsuldar meyvə ağacı - alma, armud, şaftalı, gavalı, heyva və alça əkilib. Ötən mövsüm bağlardan 150 tondan çox heyva, 100 ton alma, ümumilikdə isə 1000 tondan çox müxtəlif meyvə tədarük olunub.
“Məhsuldarlıq yaxşıdır. Növbəti ildə də bu səviyyəyə çatmağı qarşımıza məqsəd qoymuşuq. Bəzi meyvə ağaclarımız 5 ilini gözləmədən məhsuldarlığın pik həddinə çatıb. Heyva və alma ağacları yaxşı bar verir. Növbəti il şaftalı və gavalı ağacları məhsul verəcək. Bağlarımızda yerli iqlim şəraitinə uyğun sortlar əkmişik. 2019-cu ildə məhsulu əsasən yerli bazara çıxarmışıq. Xarici bazara çıxmağı da düşünürük. Müqavilələr bağlanılır. Həm ərəb ölkələri, həm də Rusiyadan təkliflər var”.
Təsərrüfatda 15 nəfər daimi, 60 nəfərə yaxın isə mövsümi işlərə cəlb olunub. Növbəti illərdə meyvə bağlarının 30 hektara qədər artırılması planlaşdırılır.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
22 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























