Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə “Sahibkarı tanı”
Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə “Sahibkarı tanı”
"Azərbaycan Beynəlxalq Bankı" “ASAN radio” ilə birgə sahibkarlar üçün yeni maarifləndirici layihəyə start verib. Birgə layihə çərçivəsində hər həftə “ASAN radio”da canlı olaraq “Sahibkarı tanı” proqramı efirə gedəcək.
Proqramı hər həftənin çərşənbə axşamı, saat 19.05-də “ASAN radio”nun efirində dinləmək, eləcə də Azərbaycan Beynəlxalq Bankının və radionun Facebook-dakı korporativ səhifələrində canlı izləmək olar.
Verilişin əsas özəlliyi burada sahibkarların da iştirakıdır. Onlar öz biznes hekayələrini danışacaq, real nümunələr əsasında təcrübələrini bölüşəcək, mövcud problemlərin həlli üçün təkliflər irəli sürəcəklər. “Sahibkarı tanı” verilişinə müvafiq sahələr üzrə peşəkar ekspertlər də qonaq qismində cəlb olunacaqlar.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs, xüsusilə kiçik və orta biznes təmsilçiləri burada onları maraqlandıran suallara cavab tapa, əsas bazar trendlərini izləyə biləcəklər. Məqsəd cəmiyyətimizdə biznes savadlılığının dəstəklənməsi, sahibkarların maarifləndirilməsi, onların mövcud biznes imkanları barədə məlumatlandırılmasıdır. “Sahibkarı tanı” verilişini ölkəmizin biznes dairələrinə yaxşı tanış olan iqtisadçı-jurnalist Əli Əhmədov aparacaq.
Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Nərgizxanım Biləndərli deyib: “Bank kiçik və orta biznesin inkişafına dəstəyini uğurla davam etdirir. Sahibkarların maarifləndirilməsi istiqamətində də indiyə qədər bir sıra layihələrimiz olub. ASAN Radio ilə bu sahədə birgə işimizin davamı olan “Sahibkarı tanı” proqramı da ümid edirik ki, sahibkarlara fayda verəcək”.
Verilişin aparıcısı Əli Əhmədov isə proqramda sahibkarların iştirakının layihəni daha da maraqlı edəcəyini bildirib: “Proqrama müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarları dəvət edəcəyik. Onların real nümunələr əsasında öz təcrübələrini paylaşmaları dinləyicilərimiz üçün maraqlı olacaq və faydalı təşəbbüslərin ortaya çıxmasına kömək göstərəcək”.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 saat sonra
-
- 17 d. əvvəl
- 36 d. əvvəl
-
42 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 43 d. əvvəl
- 46 d. əvvəl
-
14 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
14 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
15 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
15 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
Ən çox oxunanlar
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



























