“Sistemdə fermerlər üçün qiymətlər də yerləşdiriləcək"
AKİA sədri: “EKTİS aqrar sahənin iştirakçılarını bir araya toplayacaq vahid xidmət platformasıdır”
“Subsidiyaların fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilməsi aqrar sahənin bütün iştirakçılarını bir platformaya toplamağa imkan verəcək”.
Bu fikirləri Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib.
O qeyd edib ki, www.eagro.az portalında həm fermerlər, həm də onlara xidmət göstərən toxum, gübrə, pestisid təchizatçıları, süni mayalama mütəxəssisləri, baytarlar qeydiyyatdan keçirlər:
“Sistemdə onların təqdim etdikləri məhsul və xidmətlər, eləcə də qiymətlər yerləşdiriləcək. Fermerlər qiymətləri müqayisə edib, istədikləri məhsul və xidmətləri seçmək imkanı qazanacaqlar”.
Subsidiya vəsaitləri “Fermer kartı”na köçürüldükdən sonra fermerlər ödənişləri pos-terminallar və ya onlayn qaydada (e-commerce) edəcəklər. Bu platforma kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təchizatçıların təklif etdikləri qiymətləri nəzarətdə saxlamağa imkan verəcək. Həmçinin, bu platforma təchizatçıların təklif etdikləri qiymətləri nəzərə alaraq subsidiya əmsallarının müəyyən olunmasına şərait yaradacaq. EKTİS təchizatçılar üçün online sifariş və satış platforması kimi də xidmət göstərəcək.
Qeyd edək ki, bu il yanvarın 1-dən etibarən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” üzrə yeni qayda qüvvədədir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilimiş bu qaydaya əsasən, aqrar subsidiyalar fermerlərə EKTİS vasitəsilə veriləcək. Kənd təsərrüfatı sahəsində tətbiq edilən dəstək tədbirləri ilə bağlı yeni mexanizm bu sahədə hesabatlılığın, şəffaflığın artmasına, büdcə vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsinə, fermerlər üçün müraciətlərin sadələşdirilməsinə, elektronlaşdırılaraq asanlaşdırılması və əlçatanlaşdırılmasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 35 d. əvvəl
-
-
51 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)







.jpg)








