Vergilər Nazirliyindən şadlıq evlərinin yeni iş üsulu ilə bağlı AÇIQLAMA
"Marja"nın xəbər verdiyi kimi şadlıq evlərinin sahibləri müqaviləsiz və ya qəzb almamış ofsiantları işə cəlb etməyin və buna görə nəzərdə tutulmuş 6 min manatadək maliyyə sanksiyalarından yayınmağın yolunu müəyyən ediblər.
Belə ki, şadlıq evi bir toyun keçirilməsi üçün toy sahibinə (vergidə uçotda olmayan sifarişçiyə) icarəyə verilir. Şadlıq evi ilə toy sahibi arasında icarə müqaviləsi bağlanılır. Şadlıq evini bir günlük icarəyə götürən toy sahibi ofisiantları, aşbazları, musiqiçiləri də özü cəlb edir. “Cəlb edir” dedikdə, əksər hallarda həmin şəxslər şadlıq evi ilə əməkdaşlıq edən ofisiantlar, aşbazlar və musiqiçilər olurlar. Danışığa və icarə müqaviləsinə əsasən, onlar şadlıq evi tərəfindən deyil, toy sahibi tərəfindən işə cəlb edilirlər. Toy sahibi vergi ödəyicisi deyil, vətəndaşın bir toya görə VÖEN alması da düzgün olmaz. Vergi işçiləri yoxlama apararaq qəbz almayan ofisiantların işə cəlb edildiyini müəyyən etdikdə şadlıq evinə sanksiya tətbiq edə bilməyəcək. Bu zaman şadlıq evləri icarə müqaviləsini vergi işçilərinə təqdim edəcək və ofisiantların işə icarədar tərəfindən cəlb edildiyini bildirəcəklər. Toy sahibi isə vergi ödəyicisi olmadığından, yəni uçotda olan sifarişçi olmadığından onu məsuliyyətə cəlb etmək mümkün deyil. Beləliklə, vergi orqanı sadələşdirilmiş vergi üzrə sabit məbləğ və məcburi dövlət sosial sığorta haqq üzrə hədəflərinə nail olmaya bilər.
Nazirliyin Vergi Siyasəti Baş İdarəsinin şöbə rəisi Rəşad Nuriyev bildirib ki, mövcud qanunvericiliyə əsasən, şadlıq evinin icarəyə verilməsi, o cümlədən bir günlüyə icarə verilməsi qanun pozuntusu sayılmır və buna görə maliyyə sanksiyası nəzərdə tutulmur: "Ola bilər şəxs şadlıq evini icarəyə versin, bu zaman icarəyə verən tərəfə maliyyə sanksiyasını tətbiq etmək nəzərdə tutulmur".
R.Nuriyvin sözlərinə görə, bu vəziyyətdə əsas tələb şadlıq evində çalışan personala aiddir, yəni onların sabit ödəmə qəbzinin təqdim edilməsidir – bu da Bakıda çalışan işçilər üçün ayda 20 manat sabit vergi deməkdir. "Əlbəttə bu tələb pozularsa, əvvəlcə həmin məbləğin 40%-i, ikinci dəfə isə 100 faizi qədər cərimə nəzərdə tutulub".
Amma əgər bu tələblər pozulmasa, heç bir prblem yoxdur və yuxarıda göstərilən qaydada ödənişlər həyatm keçirilər və bu vergi baxımdan pozuntu sayılmayacaq: "Bu zaman heç bir problem yoxdur, əsas diqqət yetirilən məsələ, xidmət göstərən həxslərin yəni ofisiantların və digərlərinin sabit qəbz təqdim etməsidir. Burada əsas məqsəd bu sahədə səmərəli vergi mexanizminin qurulmasıdır".
Bu vəziyyətin şadlıq evlərinin daha kiçik məbləğdə vergi ödəməsinə şərait yaratmasına gəlincə, nazirlik rəsmisi bildirib ki, əgər qanunvericiliyin tələblərinə əməl olunsa, əlavə maliyyə itkisinə məruz qalmayacaqlar, çünki vergilər nazirliyinin siyasəti cəza siyasəti deyil, əsas odur ki, qanuna əməl olunsun".
© Marja, FED
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 9 saat sonra
-
-
2 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
6 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
9 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb




























