PAŞA Bank və Azərbaycan-Fransız Universiteti anlaşdı
15 yanvar 2020-ci il tarixində ölkənin aparıcı korporativ bankı PAŞA Bank, Azərbaycan-Fransız Universiteti (UFAZ), Total E&P Absheron şirkəti və Strasburq Universiteti (Unistra) arasında akademik və təhsil sahələrində peşəkar əməkdaşlığın möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Tədbirdə iştirak edən PAŞA Bankın İdarə heyətinin sədri və Baş icraçı direktoru Taleh Kazımov öz çıxışında qeyd eedib: "Biz inanırıq ki, bugünkü proqressiv düşüncəli və iddialı hədəflərinə çatmaq üçün yorulmadan səy göstərən və üzərilərində daima çalışan tələbələr yalnız sabahın yüksək ixtisaslı mütəxəssisləri deyil, həm də Azərbaycanı inkişafa aparacaq əsas qüvvələrdir. Məhz buna görə PAŞA Bank olaraq biz gənclərin iqtisadi təhsili, təlimi və məşğulluğunun təşviqini, Azərbaycan universitetlərinin tələbələri üçün təqaüd proqramlarının maliyyələşdirilməsini, istedadlı şəxslərin tanınmasını və mükafatlandırılmasını daima dəstəkləyirik."
PAŞA Bank, UFAZ və Strasburq Universiteti arasında imzalanan Memorandum cəmiyyətin inkişafına daha da böyük dəyər qatacaq və uğurlu əməkdaşlıq nəticəsində tərəflərə qarşılıqlı fayda gətirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
7 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
7 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
9 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
10 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
10 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib



























