“NBC Bank”ın maliyyə vəziyyəti məlum oldu
Ötən il “NBC Bank” böyüməkdə davam edib, faiz, qeyri-faiz gəlirləri və xalis mənfəəti artıb
“NBC Bank” ASC 2019-cu ili 1 milyon 350 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə “NBC Bank”ın xalis mənfəəti 200 min manat və ya 17,4% artıb.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “NBC Bank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 3 milyon 41 min manat və ya 14,% artaraq 23 milyon 998 min manat təşkil edib. Bank 2018-ci ildə 20 milyon 957 min manat faiz və qeyri-faiz gəlirləri əldə etmişdi.
2018-ci illə müqayisədə 2019-cu ildə “NBC Bank”ın cəmi faiz və qeyri-faiz xərcləri isə 5 milyon 730 min manat və ya 30,7% artaraq 24 milyon 413 min manat təşkil edib. 2018-ci ildə Bankın cəmi faiz və qeyri-faiz xərcləri 18 milyon 683 min manat təşkil etmişdi.
HƏM FAİZ, HƏM DƏ QEYRİ-FAİZ GƏLİRLƏRİ ARTIB
2018-ci ildə faiz gəlirləri 17 milyon 571 min manat ikən 2019-cu ildə 19 milyon 400 min manat, 2018-ci ildə qeyri-faiz gəlirləri 3 milyon 386 min manat ikən, 2019-cu ildə 4 milyon 598 min manat təşkil edib.
Qısası, ötən il Bankın 23 milyon 998 min manat cəmi gəlirlərinə qarşı cəmi xərcləri 24 milyon 413 min manat təşkil edib. Əvvəlki dövrlərdə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatdan 1 milyon 764 min manatın azad olması xərclərin gəlirləri 415 min manat üstələməsini bağlayıb və nəticədə Bank ötən ili 1 milyon 350 min manat xalis mənfəət ilə başa vurub. Yaradılmış ehtiyatın azad olması Bankın gecikmədə olan kreditlərinin azaldığına işarədir.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Dekabr 2019-cu il tarixində “NBC Bank” ASC 323 milyon 527 min manat cəmi aktivlərə, o cümlədən 246 milyon 917 min manat kredit portfelinə (müştərilərə verilən kreditlər) malik olub. 2018-ci ilin sonunda “NBC Bank”ın cəmi aktivləri 283 milyon 376 min manat, kredit portfeli 204 milyon 469 min manat təşkil etmişdi. Beləliklə, ötən il Bankın cəmi aktivləri 40 milyon 151 min manat və ya 14,2%, kredit portfeli isə 42 milyon 448 min manat və ya 20,7% artıb.
BANKA YERLƏŞDİRİLƏN DEPOZİTLƏR DƏ ARTIB
2018-ci illə müqayisədə 2019-cu ildə “NBC Bank”ın depozit portfeli 36 milyon 340 min manat artaraq 142 milyon 766 min manata yüksəlib.
MƏCMU KAPİTALI YÜKSƏLİB
31 Dekabr 2019-cu il tarixində “NBC Bank” ASC 59 milyon 601 min manat məcmu kapitala malik olub. Bank 2018-ci ilin sonunda 57 milyon 88 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 22 d. əvvəl
-
28 d. əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
-
42 d. əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 42 d. əvvəl
- 52 d. əvvəl
-
58 d. əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
1 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
2 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Kredit sığortasında 50 faizdən çox artım var
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Ən çox oxunanlar
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"
İyunun 25-də gözlənilən hava şəraiti

























