"Neftin qiyməti düşsə, valyuta ehtiyatlarını itirməmək üçün Manatı ucuzlaşdıracaqlar"
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi ortamüddətli dövrdə Dollar/Manat məzənnəsinin 1,70 manat səviyyəsində qalacağını proqnozlaşdırır, lakin neftin qiymətinin ucuzlaşacağı halda məzənnənin dəyişəcəyini mümkün hesab edir.
“2017-ci ilin aprel ayından etibarən mübadilə məzənnəsi ABŞ dolları üçün 1,70 manat səviyyəsində stabilləşib, bu vəziyyət hökumət tərəfindən valyuta bazarında mütəmadi müdaxilə ilə dəstəklənir. Fikrimizcə, neftin qiyməti az əlverişli olacağı təqdirdə, rəsmi orqanlar 2015-ci ildə müşahidə olunduğu kimi mühüm həcmdə valyuta ehtiyatlarının itkisinə yol verməmək üçün mübadilə məzənnəsini korreksiya edə biləcəklər”, - S&P-nin analitikləri belə hesab edirlər.
Agentliyin proqnozlarına əsasən, 2020-2023-cü illərdə Dollar/Manat məzənnəsinin 1,70 manat təşkil edəcək.
Azərbaycan hökuməti 2020-ci il üçün əsas vəzifələrdən birinin ölkədə makroiqtisadi sabitliyin təminatı, həmçinin ABŞ dolarına nisbətən stabil məzənnənin dəstəklənməsi olduğunu hesab edir. Cari il üçün məzənnə proqnozu 1,70 manat təşkil edir.
© "İnterfaks - Azərbaycan"
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 1 saat sonra
-
-
44 d. əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir
-
50 d. əvvəl
FAB boya ixrac xəritəsini genişləndirir: növbəti hədəf- Şimali Afrika və Yaxşı Şərq bazarı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
15 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb
Ən çox oxunanlar
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























