Tanınmış xarici şirkətin Azərbaycandakı nümayəndəliyi ləğv edilir
İsveçrənin tanınmış "ABB Global Marketing FZ-LLC" şirkəti Azərbaycan bazarını tərk edir.
“Marja” xəbər verir ki, "ABB Global Marketing FZ-LLC" şirkəti Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1022 Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 6 ünvanına bildirə bilərlər.
"ABB Global Marketing FZ-LLC" şirkətinin Azərbaycanda istehsalat sahəsi qurmaq planı mövcud idi. Şirkət bu məsələ ilə bağlı araşdırmalar aparacağını açıqlamışdı.
"ABB Global Marketing FZ-LLC" elektrik avadanlıqları, robototexnika, hərəkət mexanizmləri, sənaye avtomatlaşdırma və elektrik şəbəkələri sahələrində dünya liderlərindən biridir.
"ABB AZƏRBAYCAN BAZARINI TƏRK ETMİR"
"ABB Global Marketing FZ-LLC" şirkətinin Azərbaycan nümayəndəliyinin ləğv edilməsi haqqında xəbərlə bağlı “ABB Ltd” şirkətinin Biznes üzrə meneceri Sevda Məmmədova "Marja" ilə əlaqə saxlayıb bildirdi ki, "ABB LTD" şirkəti Azərbaycanda geniş fəaliyyətini davam etdirir, fəaliyyətini dayandıran isə "ABB Global Marketinq"in nümayəndəliyidir. Yəni, ABB Azərbaycan bazarını tərk etmir.
Xatırladaq ki, 2018-ci ilin Aprel ayında "ABB AS" şirkəti Azərbaycandakı filialının ləğv edildiyini elan etmişdi.
Müraciətdə deyilirdi ki, kreditorlar tələblərini Nizami küçəsi ev 90A, Landmark ofis plaza 12-ci mərtəbədəki ünvana bildirə bilərlər.
Həmin dövrdə "ABB Global Marketing FZ-LLC"dən "Marja"ya bildirilmişdi ki, "ABB AS" şirkətinin Azərbaycandakı filialının bağlanması haqqında xəbərin, Azərbaycan Respublikasında hal-hazırda fəaliyyət göstərən "ABB Global Marketinq FZ-LLC" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və "ABB Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə heç bir əlaqəsi yoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
32 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Ən çox oxunanlar
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)




.jpg)




