Azərbaycanda koronavirus qorxusu: Həvəslə gözlədiyimiz poçt bağlamaları təhlükə saçır

Son günlərdə həkimlər ciddi ajiotaj yaradan koronavirusun ilkin əlamətləri olaraq soyuqdəymə, zökəm, qızdırma simptomlarını həyəcan təbili kimi qiymətləndirirlər. Azərbaycanda bu virusa yoluxma halları aşkarlanmayıb. Lakin həkimlərin sözlərinə görə, virusun ölkəmizə keçmə riski də istisna edilmir.
Ən son məlumatlara görə, Çində koronavirusdan ölənlərin sayı 106 nəfəri, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı isə 4,1 min nəfəri keçib. İctimaiyyəti narahat edən məqam isə bu xəstəliyin epidemiya halına çevrilmə ehtimalıdır. Həkimlər hələ də naməlum etimologiyalı koronavirusla doğru mübarizə yollarını tapa bilmirlər.
Məsələ ilə bağlı araşdırma apararaq bir neçə suala cavab tapmağa çalışdıq.
Hazırda Çində xəstəliyin yayıldığı əyalətlərdə karantin elan edilib. Karantin elan olunmasına baxmayaraq, Çindən Azərbaycana gələn insanlar, eləcə də, gətirilən müxtəlif növ məhsullarla virusun ölkəmizə yayılması ehtimalı varmı? İnsanların həkim yoxlamasından keçməsi, məhsulların isə dezinfeksiya edilməsi virusun yayılmasının qarşısını almağa kifayət edirmi? Çindən Azərbaycana poçt yolu ilə daxil olan bağlamalar nə qədər risklidir?
Mövzu ilə əlaqədar Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev redaksiyamıza bildirib ki, təhlükə saçan koronavirusun insanlara əşyalar vasitəsi ilə keçməsi mümkündür:
“Ümumiyyətlə, hər bir virusun insana yoluxma yolu var. Əgər siz öskürürsünüzsə, əşyalarınız başqa bir insan üçün təhlükəli ola bilər. Çünki öskürən zaman əşyanın üzərinə düşən ağız seliyi başqa bir şəxsləri də yoluxdurmağa kifayət edir.
Tək koronavirus yox, bütün viruslar belədir. Bu səbəbdən koronavirusun əşyalar vasitəsilə Azərbaycana yayılması istisna edilmir. Biz ajiotaj yaratmırıq, insanları bir qədər diqqətli olmağa çağırırıq.
Ölkəyə Çindən gələn turistlər və onların əşyaları mütləq yoxlanılmalı, dezinfeksiya olunmalıdır. Əgər insanlarda şübhəli simptomlar varsa, onlar xüsusi təhlükəli infeksiyaların yoxlanıldığı Respublika Taun Əleyhinə Stansiyada həkimlər tərəfindən müayinə edilməlidirlər.
Baxmayaraq ki, bu virusun əşya ilə də keçmə ehtimalı var, bu gün Azərbaycanda koronavirusa yoluxma aşkar olunmayıb. Hələlik bu xəstəik Azərbaycanda yoxdur”.
Çindən Azərbaycana poçt yolu ilə daxil olan bağlamalar, onlayn alış-veriş vasitəsilə alınan mallar kifayət qədər çoxdur. Bəs bu risk faktoru kimi qiymətləndirilə bilər, yoxsa yox?
Məsələ ilə bağlı Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə həmkarının fikirlərinin əksinə olaraq, son günlər Çində insanların ölümü ilə nəticələnən təhlükəli koronavirusun ölkəmizə əşyaların üzərində gəlmə ehtimalını inkar edir. O bildirib ki, viruslar geyimlər vasitəsilə yayılsaydı, qripdən kütləvi şəkildə insan ölərdi:
“Virusun əşyalar, bağlamalar üzərindən insana yoluxma təhlükəsi yoxdur. Əgər viruslar geyim, əşyalarla geniş yayılsa, insanlar kütləvi şəkildə tələf olardı. Çindən ölkəyə idxal edilən məhsulların virus daşıyıcı kimi qiymətləndirilməsi doğru deyil. Çindən ilan, qurbağa əti almadığımıza görə, virusun qida məhsulları ilə yoluxma təhlükəsi də qalmır.
Ölkəyə gələn insanlar hava limanında yoxlanılmalıdır. Əgər temperatur, öskürək, qripə bənzər əlamətlər varsa, bu əlamətlər aşkarlanan şəxslər xüsusi aparatlar vasitəsilə yoxlanılmalıdır.
Çində təhsil alan azərbaycanlı tələbələrə də potensial təhükə kimi baxmaq lazım deyil. Əgər onlar hələ də virusa yoluxmayıblarsa, ölkəyə gəldiklərində həkim yoxlamasından keçmələri bəs edir”.
Çindən Azərbaycana göndərilən bağlamalarla bağlı sualımızı isə “Azərpoçt” MMC cavablandırıb. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən sualımıza cavab olaraq bildirdilər ki, son günlər Çində naməlum etimologiyalı koronavirusun aşkar edilməsi ilə əlaqədar hazırda bu ölkədən Azərbaycana daxil olan poçt göndərişlərinin daşınmasında “Azərpoçt” MMC tərəfindən heç bir məhdudiyyət yoxdur.
© "Oxu"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 11 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
5 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
