Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı ilk dəfə beynəlxalq təşkilatda rəhbər vəzifəyə seçilib
Maliyyə Monitorinqi Xidməti (MMX) məlumat mübadiləsinin genişləndirilməsi, habelə kadr potensialının gücləndirilməsi məqsədilə çoxtərəfli və ikitərəfli çərçivədə əməkdaşlığını uğurla davam etdirir.
Xidmətdən daxil olan məlumata görə, Dünyanın Maliyyə Monitorinqi Orqanlarının (MMO) ixtisaslaşmış beynəlxalq təşkilatı olan “Eqmont” qrupunun toplantılarında MMX-nin əməkdaşları fəal iştirak edirlər.
Təşkilatın 2020-ci ilin 27-30 yanvar tarixlərində Mavriki Respublikasının Balaklava şəhərində keçirilmiş tədbirində MMX-nin Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev “Eqmont” qrupunun əsas və strateji strukturlarından biri olan “Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu”nun sədr müavini seçilib.
Qeyd edək ki, MMO-lar arasında beynəlxalq əməkdaşlığı təkmilləşdirmək məqsədilə 1995-ci il 9 iyun tarixində yaradılmış, baş qərargahı Kanadanın Toronto şəhərində yerləşən “Eqmont” qrupu çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq üçün təhlükəsiz təcrübə və maliyyə kəşfiyyatı mübadiləsi üzrə 164 ölkənin üzv olduğu beynəlxalq təşkilatdır. MMO-ların terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə milli və beynəlxalq təşəbbüsləri dəstəkləməsi “Eqmont” qrupunu xüsusilə aktuallaşdırır, bu təşkilatı çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı beynəlxalq səviyyədə məlumat mübadiləsi aparan etibarlı bir platformaya çevirir. Qurum bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurası, G20 ölkələrinin maliyyə nazirləri və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun qətnamələrini və bəyanatlarını dəstəkləyir.
Azərbaycan “Eqmont” qrupunun 2011-ci ilin 11-15 iyul tarixlərində keçirilmiş 19-cu plenar iclasında qəbul edilmiş qərarla bu təşkilatın tamhüquqlu üzvü seçilib. “Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu” MMO-lar tərəfindən çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı beynəlxalq standart və üzvlük meyarlarına uyğunluğu təmin edən strukturdur. Fuad Əliyev bu qrupun sədr müavini seçilməklə, “Eqmont” qrupu üçün strateji əhəmiyyət daşıyan məsələlərin əlaqələndirilməsi və üzvlük proseslərinə nəzarətin keçirilməsində birbaşa iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının nümayəndəsi ilk dəfə olaraq bu nüfuzlu beynəlxalq təşkilatda rəhbər vəzifəyə seçilir. Bu nailiyyət ölkə başçısı tərəfindən müvafiq sahədə aparılan genişmiqyaslı islahatların nəticələrinin beynəlxalq təşkilatlar tərəfindən dəyərləndirilməsinin bariz nümunəsidir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















