"2020-də daha çox hindistanlı turisti qarşılamaq niyyətindəyik”

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri Hindistanın Mumbay şəhərində keçirilən “OTM Mumbai 2020” sərgisində iştirak edir.
Agentlikdən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, fevralın 5-dək davam edəcək sərgi çərçivəsində yerli və beynəlxalq turizm şirkətləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir, həmçinin Azərbaycanın təklif etdiyi müxtəlif turizm imkanları müzakirə olunur.
Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid qeyd edib ki, Hindistan Azərbaycan üçün böyük potensiallı prioritet bazardır və “OTM Mumbai 2020” sərgisi Azərbaycanın turizm potensialının tanıdılması üçün əlverişli platformalardan biridir.
“2020-ci ildə korporativ, toy və digər turizm növləri üzrə daha çox səyahətçinin cəlb edilməsini, həmçinin haykinq və ornitoloji turizm kimi yeni turizm məhsullarının təklif olunmasını planlaşdırırıq. Asanlaşdırılmış viza proseduru, iki ölkə arasında mədəni və tarixi əlaqələri nəzərə alaraq 2020-ci ildə daha çox hindistanlı turisti qarşılamaq niyyətindəyik”, - deyə Florian Zenqstşmid bildirib.
“OTM Mumbai” hər il keçirilən B2B formatlı turizm ticarət sərgisidir və turizm sənayesinin dünya üzrə aparıcı nümayəndələrini bir yerə toplayır.
2019-cu ildə sərgidə 55 ölkədən mindən çox turizm şirkəti təmsil olunub və 15 mindən artıq ziyarətçi sərgiyə qatılıb.
Məlumat üçün qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 65 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 66.8% artım deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 11 saat sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
5 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
