“Çinar Park”ın sədri vəzifəsindən azad olunur, rəhbərliyi dəyişdirilir
30 mart 2020-ci il tarixində “Çinar Park” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
“Marja” ASC-nin bildirişinə istinadən xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. “Çinar Park” ASC-nin 2019-cu maliyyə ili üzrə maliyyə hesabatına baxılması.
2.“Çinar Park” ASC-nin idarə heyətinin sədrinin vəzifədən azad olunması və idarə heyətinin yeni sədrinin təyin edilməsi.
3. .“Çinar Park” ASC-nin müşahidə şurasının üzvlərinin dəyişdirilməsi.
4. Təşkilati məsələlər.
Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllədə 5 nömrəli binada keçiriləcəkdir.
Qeyd edək ki, “Çinar Park” ASC-nin idarə heyətinin sədri Araz Rəhimovdur.
“Çinar Park” ASC-nin 2017-ci il üzrə audit olunmuş maliyyə hesabatına görə, “Çinar Park” ASC-nin səhmlərinin 98,78%-i Mirzəyev Həsən Müşfiq oğluna məxsus olub. Hesabatda şirkətin nizamnamə kapitalı 115 min 388 manat göstərilib.
ƏMLAKI GİROV QOYULMUŞDU
“Çinar Park” ASC-nin əmlakı, “Xalq” Bank ilə “Elektroterm” MMC arasında bağlanmış kredit müqaviləsi üzrə girov qoyulmuşdu. Ötən ilin Noyabr ayında keçirilmiş “Çinar Park” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyindəki məsələ “Çinar Park” ASC-nin əmlakının bank girovundan çıxarılması idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 46 d. əvvəl
-
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
2 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 3 saat əvvəl
-
3 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?























