"Kredit aktivliyi nisbətən yüksəlib, banklarda iri həcmli likvidlik profisiti qalır"
2019-cu ildə keçirilən depozit hərraclarında tələb təklifi 3.6 dəfə, not hərraclarında isə 3.2 dəfə üstələmişdir. Bu göstəricilər bank sistemində izafi likvidliyin yüksək olaraq qaldığını göstərir.
Marja xəbər verir ki, bu, Mərkəzi Bankın Pul Siyasəti İcmalında bildirilir.
İcmalda qeyd edilib ki, bu şəraitdə 2019-cu ildə depozit əməliyyatları və notların yerləşdirilməsi üzrə faiz dərəcələri faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə formalaşmışdır.
“2019-cu ildə iqtisadiyyatın pula tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli bazar əməliyyatlarını aktiv saxlamışdır. İl ərzində kredit aktivliyinin nisbətən yüksəlməsinə baxmayaraq bank sistemində iri həcmli likvidlik profisiti qalmaqda davam etmişdir. Bu da Mərkəzi Bankın həyata keçirdiyi sterilizasiya əməliyyatlarına yüksək tələbi şərtləndirmişdir”,- İcmalda bildirilir.
2019-cu ildə Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 53 depozit hərracı keçirmişdir. Depozit əməliyatları vasitəsilə vəsaitlər 14 gün müddətinə cəlb edilmişdir. İlin sonuna depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlərin qalığı 250 milyon manat təşkil etmişdir.
Depozit əməliyyatları ilə yanaşı, Mərkəzi bank 2019-cu ildə notların yerləşdirilməsi üzrə 55 hərrac keçirmişdir. Bunlardan 51-də 28 günlük notlar yerləşdirilmişdir. Mərkəzi Bank 2019-cu ilin sentyabr ayından etibarən izafi likvidliyin sterilizasiya imkanlarının artırılması və gəlirlilik əyrisinin qısamüddətli dövrünü əhatə edən hissəsində faizlərin formalaşmasını dəstəkləmək məqsədilə dövriyyəyə daha uzunmüddətli (84 gün, 168 gün, 252 gün) notların buraxılmasına başlamışdır. 2019- cu ildə 4 uzunmüddətli not hərracı keçirilmişdir ki, bununla da 120 mln. manat cəlb edilmişdir. Ümumilikdə ilin sonuna qısamüddətli notlar vasitəsilə sterilizasiyanın toplam qalığı 700 milyon manat təşkil etmişdir.
Mərkəzi Bankın İdarə Heyəti 2019-cu ildə faiz dəhlizinin parametrlərini 8 dəfə müzakirə etmişdir. Uçot dərəcəsinin mərhələlərlə 9.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 11.75%-dən 9.25%-ə, aşağı həddinin isə 7.75%-dən 5.75%-ə endirilməsi barədə qərarlar qəbul edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















