"Vergi və rüsümların həddən artıq çox olması qaçaqmalçılığa şərait yaradır"
“Azərbaycanda zərgərlik sahəsində problemlərin nə qədər ciddi olduğunu bilirik”.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
“Bu gün bu sahədə idxal, yerli istehsal və ixrac əməliyyatlarımızın potensialının yüksək olduğu halda biz öz fəaliyyətimizi təşkil edə biləcək halda deyilik. “Kölgə iqtisadiyyatı” ilə mübarizəni vahid komanda şəklində aparsaq, qanuni fəaliyyət göstərən sahibkarların gələcək inkişafı qaçılmazdır. Rəqəmlərə və statistik göstəricilərə nəzər salsaq bu sahədə vəziyyət ürək açan deyil. Bu sahədə yüksək vergilərin qoyulması, tariflərin tətbiq olunması, idxal, ixrac əməliyyatlarında verginin yuxarı qaldırılması ilə zərgərlik sahəsini tənzimləmək mümkün deyil. Zərgərlik sahəsinin tənzimləməyin yolu gələcəyə yönəlik təkliflərin dəyərləndirilərək sektorun inkişafına səbəb olmaq, qaçaqmalçılıqla bağlı birgə mübarizə aparmaq və sahibkarlara münbit şərait yaratmaqdadır. Dövlət və özəl sektor birgə tədbir görməzsə bu sahədə verginin azaldılmasından və artırılmasından asılı olmayaraq bazarın inkişaf etdirilməsi mümkün deyil. Qanunvericilikdə olan problemləri bilirik. Bu gün idxal əməliyyatları üzrə vergi və rüsümların həddən artıq çox olması leqal fəaliyyət göstərən şirkətin qaçaqmalçılıq yoluna üstünlük verməsinə şərait yaradır. Bu isə bizim mübarizəmizi çətinləşdirir”, - deyə o, qeyd edib.
© "Report"
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
25 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 37 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb


























