Ötən il 10 minə yaxın iş yeri bağlanıb
2019-cu il ərzində ölkədə 9400 iş yeri bağlanıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə bağlanmış iş yerlərinin 51,5 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 39,8 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,2 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
9,4 iş yerinin bağlanılması ilə bərabər, 2019-cu ildə ölkədə 192 min yeni iş yeri açılıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, il ərzində yaradılmış iş yerlərinin 27 faizi qeyri-dövlət sektorunda olub. Yeni iş yerlərinin 55,5 faizi Bakı şəhərinin, 1,7 faizi Naxçıvan Muxtar Respublikasının, 42,8 faizi digər regionların, o cümlədən 16,3 faizi Aran, 6,9 faizi Gəncə-Qazax, 5,9 faizi Lənkəran, 3,6 faizi Abşeron, 3,3 faizi Şəki-Zaqatala, 2,4 faizi Dağlıq Şirvan, 2,2 faizi Yuxarı Qarabağ, 2,1 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 29,6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 26,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 43,8 faizi isə digər tədbirlər üzrə yaradılıb. Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 45,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 14,2 faizi tikinti, 8,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi emal sənayesi, 3,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,6 faizi peşə, elmi və texniki fəaliyyət, 2,2 faizi təhsil, 2,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 8,6 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 20 d. əvvəl
-
22 d. əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
8 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)




.jpg)







