Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq
Dövlət İmtahan Mərkəzi (DİM) hər il imtahan qaydalarına müəyyən dəyişikliklərin edilməsinin səbəblərini açıqlayıb.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Bakı şəhəri üzrə 2017-ci ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına həsr olunan konfransda bildirib ki, onlara hər il imtahanların qaydalarının dəyişilməsinin səbəbləri ilə bağlı müxtəlif suallar verilir: “Sual verənlər təhsillə bağlı dövlət tərəfindən qəbul edilən sənədlərlə tanış olsunlar. Bunlar təhsil mühitini formalaşdıran sənədlərdir və biz onları icra edirik. İmtahanlarda dəyişiklərin edilməsi bu səbəblərlə əlaqədardır. Hər bir imtahan layihələşdiriləndə onun məqsədi də müəyyənləşməlidir. Qəbul imtahanları zamanı məzunlar arasından ən yaxşılarını seçməliyik. Buraxılış imtahanları zamanı isə uşaqların bilik və bacarıqlarının müəyyən dövlət standartlarına uyğunluğu yoxlanılır. Həmin məqsədə görə ölçmə materialları-testlər fərqli olur”.
M. Abbaszadə qeyd edib ki, bu gün DİM-in təhsil bazasında IX sinifdə təhsil alan şagirdlərin sayı 113 min nəfərdir. Onlardan 85 mini nəfəri müəyyən imtahanlardan keçib: “2013-cü ildən ölkədə monitorinq imtahanlarının keçirilməsinə başlanılıb. 2013-2016-cı illərdə 85459 şagird monitorinq imtahanlarında iştirak edib. Onlardan 39575-i Azərbaycan dili, 40234-ü riyaziyyat, 5650-si isə rus dilindən imtahan verib. Bu nəticələr əsasında geniş araşdırmalar aparılıb. 2016-cı ilin əvvəlində monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili jurnal şəklində hazırlanaraq ictimaiyyətə açıqlanıb. Bu jurnalı elektron formada da saytdan yükləmək mümkün olub. Bir ildə yükləmələrin sayı 3400-ə yaxın idi və əsas yükləmələr xaricdən edilib. Son 2 ayda isə müxtəlif bölgələrdə pedaqoji işçilərlə keçirilən görüşlərin nəticəsi olaraq, 500 əlavə yükləmə olub. Yükləmələr hazırda pulsuz olduğundan məsləhət görərdim ki, onları indidən yükləyəsiniz. Çünki yanvarın 1-dən bu yükləmələrin qiyməti heç olmasa 1 manat olacaq”.
Mənbə: APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























