Məhkəmə "Real" MTK-nın icraçı direktoru barədə qərar verdi
Bakı Apellyasiya Məhkəməsində "Real" MTK-nın icraçı direktoru, dələduzluqda təqsirli bilinən Sahil Cahangirlinin apellyasiya şikayətinə baxılıb.
Hakim Mirzəli Abbasovun sədrlik etdiyi prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü S.Cahangirli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.
S.Cahangirli "Real" MTK-nın həbsdə olan rəhbəri İlham Qasımovun bacısı oğludur.
O, bir mənzili bir neçə nəfərə satmaq ittihamı ilə daha əvvəl də həbs edilib və şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, MTK-nın rəhbəri İ.Qasımov da evi bir neçə nəfərə satmaqla yanaşı, şəriki milyonçu şair Gülağa Tənhanın şikayəti əsasında da həbs edilib. O, şairin 19,5 milyon manatını mənimsəməkdə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 12 ilə endirib.
İ.Qasımov "MTN işi"ndə general Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmişi kimi tanınıb.
© “Report”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























