Azərbaycanda ilk dəfə olaraq adaptiv təhsilə başlanacaq
UNEC (Dövlət İqtisad Universiteti) ilə Danimarkanın "Area9 Lyceum ApS" şirkəti arasında adaptive təhsillə sahəsində əməkdaşlıqla bağlı şirkətin İdarə Heyətinin sədri Ulrik Juul Kristensen universitetdə olub.
UNEC rektoru, professor Ədalət Muradovla görüşdə U.J.Kristensenə universitet barədə ətraflı məlumat verilib. UNEC-in Avropanın və Amerikanın aparıcı universitetləri ilə ikili diplom proqramlarından bəhs olunub. Rəqəmsallaşmanın təhsil sahəsində ciddi dəyişiklikləri qaçılmaz etdiyini deyən Ə.Muradov, UNEC-in bu istiqamətdə uğurlu addımlar atdığını deyib. Rektor ölkədə ilk dəfə olaraq, UNEC-də distant təhsilə start verildiyini diqqətə çatdırıb.
Urlik Kristsen adaptiv təhsilin əhəmiyyətindən söz açaraq, bu platformanın təhsil və korporativ təlim sahəsində səmərəliliyindən danışıb. Bildirib ki, adaptiv təhsil tələbənin, eləcə də korporativ sektorda çalışanların fərdi qabiliyyət və ehtiyaclarını maksimum dərəcədə nəzərə alan bir təhsil platformasıdır. Bu platformada elektron tədris sistemləri vasitəsilə təhsil alanların bilik səviyyəsinə uyğun olaraq, materiallar mətn, audio və video formatında təqdim edilir, materialın mənimsənilməsi qiymətləndirilir və kurs çərçivəsində sonrakı istiqamət müəyyənləşdirilir. U.Kristensen bildirib ki, adaptiv təhsil təhsilalana iki dəfə az müddətə kursu tam mənimsəməyə imkan verir.
Görüşdə UNEC-lə "Area9 Lyceum ApS" şirkət arasında əməkdaşlıq imkanları müzakirə olunub. Rektor Ədalət Muradov adaptiv təhsil sahəsində də UNEC-in ölkədə yeni bir ilkə imza atacağını və bu istiqamətdə "Area9 Lyceum ApS" şirkəti ilə əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib.
Sonra hər iki tərəf arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Area9 Lyceum ApS şirkəti UNEC-də təhsil sahəsində və korporativ sektor üçün adaptiv təhsilin tətbiqi üçün proqram təminatı təqdim edəcək, eyni zamanda bu istiqamətdə texniki dəstək göstərəcək. Həmçinin UNEC müəllimlərinin adaptiv təhsil proqramlarını mənimsəməsi üçün təlimlərini və sertifikatlandırılmasını təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






