İqtisadçılar: "Bu dəfə vəziyyət fərqlidir, həm təklif, həm də tələb zərər görür"
Koronavirusun bütün dünyada tədarük zəncirinə zərbə vurmasının ardından nadir görülən tələb-təklif şoku qlobal iqtisadiyyatı təsiri altına alıb.
Marja xəbər verir ki, Çin şirkətlərinin bağlı olması və işçilərin evdə olması səbəbilə mal və xidmət istehsalı kəskin azalıb. Malların istehsalı dayandığından şirkətlər də öz fəaliyyətlərini davam etdirmək üçün ehtiyacları olan maddələri ala bilmirlər.
Digər tərəfdən narahat istehlakçılar alış-veriş etməkdə, səyahət etməkdə və çöldə yeməkdə istəksizdirlər. Nəticə olaraq, şirkətlər böyük bir ehtimalla yalnız işçilərini evə göndərməklə kifayətlənməyəcəklər, işçi sayını da azaldacaqlar. Həmçinin sərmayə qoymayacaqlar. Bu vəziyyət istehlakçı xərcləmələrini daha da azalda bilər.
Bu iki şokun necə əks olunacağı iqtisadçılar arasında müzakirələrə səbəb olub. Harvarddan Kenneth Rogoff bildirib ki, 1970-lərdəkinə bənzər təklifin səbəb olduğu inflyasiya ehtimalı yaranıb.
"Peterson Institiute for International Economics"dən David Wilcox, "Klassik bir durğunluq təklifdən deyil tələbin azalmasından qaynaqlanır. Bu sıravi olan vəziyyətdə, mərkəzi banklar və hökumətlər tələbi necə canlandıracaqlarını bilirlər. Ancaq bu dəfə vəziyyət fərqlidir. Çünki həm təklif, həm də tələb zərər görür" deyib.
Təklif və tələbin eyni anda zərər görməsi qlobal iqtisadiyyatın zəif böyüməsinə səbəb ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 d. əvvəl
-
- 4 d. əvvəl
-
20 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
38 d. əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 2 saat əvvəl
-
11 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir























