Beynəlxalq Bankdan sahibkarlara həsr olunmuş imic çarxı
Azərbaycan Beynəlxalq Bankı sahibkarlıq fəaliyyətinə dəstəyini digər istiqamətlərdə də davam etdirməkdədir.
Cəmiyyətdə kiçik və orta sahibkarın işgüzar imicinin formalaşdırılması, iş adamlarının mənəvi motivasiyası məqsədilə bank maraqlı bir imic çarxını bu gün izləyicilərə təqdim edib.
“Böyüməyə layiqsiniz!” devizi üzərində qurulmuş imic çarxı uğurlu sahibkar olmaq üçün zəruri mənəvi keyfiyyətləri vurğulayır. Sahibkar olmağın sosial məsuliyyətini, inanma və başqalarını da inandırma, komanda qurma bacarığını diqqətə çatdırır. Eyni zamanda, biznesini böyütməyə can atan hər bir sahibkarın zəhmət, məsuliyyət hissi, komandasının və etibarlı tərəfdaşlarının köməyi ilə öz hədəflərinə çata biləcəyini göstərir.
İmic çarxının aşıladığı əsas ideya isə bundan ibarətdir ki, işində uğur qazanmaq istəyən hər bir sahibkar sağlam inkişaf ekosisteminin işlək bir parçası olmağa çalışmalıdır. Əgər həmin biznes subyekti özü də fəaliyyətini sağlam meyarlar əsasında qurubsa, bu ekosistem onun getdikcə böyüyüb inkişaf etməsinə şərait yaradacaq.
Qeyd edək ki, ölkəmizdə qeyri-neft sektorunun, kiçik və orta biznesin inkişafı Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. Müasir dövlət bankı olaraq Azərbaycan Beynəlxalq Bankı da kiçik və orta biznesdə bazar mövqelərinin genişləndirilməsini strateji hədəflərindən elan edib. Bank bu hədəfə ölkəmizin ayrı-ayrı regionlarında sahibkarlıq layihələrinin maliyyələşdirilməsi, məhsul və xidmət şərtlərinin daha sərfəli edilməsi, risk mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlar üçün innovativ həllərin yaradılması, bu sektorda işgüzar əlaqələrin gücləndirilməsi və digər bu kimi addımlar hesabına nail olacaq. Bu gün təqdim edilən imic çarxı da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 d. əvvəl
- 11 d. əvvəl
- 13 d. əvvəl
- 13 d. əvvəl
- 29 d. əvvəl
-
50 d. əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
- 57 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Ən çox oxunanlar
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)














.jpg)