ABŞ-ın xam neft ehtiyatları kəskin artıb
ABŞ-ın kommersiya (satış üçün) xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftə ilə müqayisədə 15,2 milyon barel artıb.
Marja xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə 15,2 milyon barel (3,2%) artımla 484,4 milyon barelə yüksəldiyini açıqlayıb. Bazar proqnozu ehtiyatların 9,3 milyon barel artacağı istiqamətində idi. Ölkənin xam neft ehtiyatları bir əvvəlki həftə 13,8 milyon barel artmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə dəyişməyərək 635 milyon barel səviyyəsində qalıb.
ABŞ-ın benzin ehtiyatları 10,5 milyon barel (4,3%) artaraq 257,3 milyon barelə yüksəlib. Bazar proqnozu anbarlardakı benzin ehtiyatlarının 4,3 milyon barel artacağı istiqamətində idi. Ölkənin benzin ehtiyatları bir əvvəlki həftə 7,5 milyon barel artmışdı.
ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik ortalama 173 min barel azalma ilə 5,87 milyon barelə, neft ixracı da gündəlik ortalama 322 min barel azalma ilə 2,83 milyon barelə geriləyib.
NEFT İSTEHSALI AZALIB
Söz mövzusu dövrdə ABŞ-ın xam neft istehsalı isə gündəlik ortalama 600 min barel azalıb. Beləcə, ölkənin xam neft istehsalı 28 Mart-3 Aprel həftəsində təxminən 12,4 milyon barel səviyyəsində reallaşıb.
ABŞ-ın gündəlik ortalama xam neft istehsalı 22-28 Fevral həftəsində 13,1 milyon barelə çataraq rekord qırmışdı.
EIA-nın "Aprel 2020" hesabatına görə, ölkənin gündəlik ortalama xam neft istehsalının bu il 11,8 milyon barel olması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
22 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
23 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 31 d. əvvəl
-
55 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir




























