Neft istehsalçıları razılaşdılar
Neft istehsal edən ölkələr, koronavirus səbəbindən qiymətlərdə meydana gələn çöküşü dayandırmaq səyləri daxilində istehsalın azaldılması üçün razılaşıblar.OPEC + koalisiyası neftin kəskin ucuzlaşmasını dayandırmaq məqsədilə istehsalı azaltmaq mövzusunda razılaşıblar.
Marja Bloomberg-ə istinadən xəbər verir ki, nümayəndələrə görə, Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və ortaqları, Cümə axşamı günü video konfrans yolu ilə keçirdikləri görüşdə, istehsalı gündəlik 10 milyon barel azaltmaq mövzusunda razılaşmış vəziyyətdədirlər.
Nümayəndələr, daha da əhəmiyyətlisi, Rusiyanın da dərin bir istehsal azaltmasına getmək mövzusunda razılaşdığını söyləyiblər.
Böyük neft istehsal edən ölkələr, koronavirus səbəbindən qiymətlərdə meydana gələn çöküşü dayandırmağa səy göstərirlər. Rəqib ölkələr arasındakı fikir fərqliliklərinin aradan qaldırılmasının ardından, istehsalın azaldılması mövzusunda razılaşıblar.
Neft qiymətləri razılaşmaya kəskin reaksiya verməyib. Brent nefti Bakı vaxtı ilə saat 20:00-da 3,3% bahalaşma ilə 33,92 dollardan alıcı tapıb.
Hasilatın 10 milyon barel azaldılması, gündəlik 15-16 milyon barel olduğu təxmin edilən tələb azalmasının yalnız bir qisimini qarşılaya bilər. Yəni, hasilatın 10 milyon barel azaldılması tələbin 15-16 milyon barel azalmasını ödəmir, bazarda təklif artıqlığı qalır, bu səbəbdən neft qiymətlərində kəskin yüksəlmə baş verməyib.
Bu razılaşmanın ABŞ-ı ehtiva edib etmədiyi hələ müəyyən deyil.
OPEC + koalisiyasının ABŞ-ın daxil olması ilə daha da genişləməsi, 18 ilin ən aşağı səviyyəsini görən neft qiymətlərinin təkrar yüksələ bilməsi üçün çox əhəmiyyətlidir. Yalnız neft şirkətlərinin deyil, neftdən asılı bütün ölkələrin, büdcələrində tarazlığı təmin edə bilmələri üçün qiymətlərin yüksəlməsinə ehtiyacları var.
Razılaşma ən azı neft qiymətlərinin düşməməsinə şərait yaradır. Əgər heç bir razılaşma olmasaydı qiymətlərin yenidən çökəcəyi gözlənirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
21 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
22 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 30 d. əvvəl
-
54 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir



























