"Təcrid qaydalarının sərtləşdirilməsi günün tələbinə çevrilir"
“İndiyə qədər Operativ Qərargah tərəfindən mövcud vəziyyət təhlil olunaraq qabaqlayıcı tədbirlərin nəticəsində bizdə yoluxmalar və ölümün sayı başqa ölkələrlə müqayisədə aşağı olaraq qalmaqdadır. Həkimlərin səyi nəticəsində xəstələri həyatda saxlamaq mümkün olur".
Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bu gün son vəziyyətlə bağlı açıqlamasında deyib.
O bildirib ki, yoluxmanın sayında artıb-azalma tezliyi müşahidə olunur: "Yəni bəzən azalma müşahidə olunsa da, növbəti artım əvvəlki artım səviyyəsini üstələyir. Yoluxma sayı da sağalma sayından yüksək olaraq qalmaqdadır. Bu tendensiya tələb edir ki, yeni qabaqlayıcı addımlar atılsın. Həkimlər də yoluxmanın qarşısının alınması üçün təcridin çox mühüm olduğunu deyirlər. Amma müşahidələr və faktlar da göstərir ki, vətəndaşlar özünütəcrid kimi çox vacib bir tələbə əməl etmirlər. Bu istiqamətdə də tendensiya ürəkaçan deyil".
"Məsələn, aprelin 8-də bir sutka ərzində 3 073 xüsusi karantin rejimi (XKR) pozuntusu olub. Aprelin 10-da bu göstərici 3 112-yə yüksəlib. Bu gün - aprelin 11-də isə artıq 1 sutka ərzində XKR qaydalarının pozuntusu 3 810-a yüksəlib. Bunlardan da 27-si inzibati həbs, biri cinayət işidir. 27 inzibati həbs cəzası isə göstərir ki, daha sərt məhdudlaşdırmalara gedilməsi məcburiyyəti yaranmaqdadır. Eyni zamanda icazə-e-gov.az portalına müraciət edilərək hərəkətinə icazə verilmiş 47 min nəfərin icazəsi artıq ləğv edilib.
İndiyə qədər hökumət sərt məhdudiyyətlərə getmək istəməyib. Baxmayaraq ki, bu, bəlkə də, ən asan yol kimi görünə bilər. Ona görə ki, vətəndaşların XKR qaydalarına intizamla əməl edəcəyinə və sərt tədbirlərsiz də özünü təcridin səmərəsi olacağına inam var idi. Ancaq bugünkü mənzərə göstərir ki, təcrid qaydalarının daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir”, - İ.Məmmədov vurğulayıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 20 saat əvvəl
-
- 21 saat əvvəl
-
22 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























