"Hava yolu şirkətləri bu il 314 milyard dollar itirəcəklər" - İFLASLAR BAŞLAYA BİLƏR
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), yeni növ koronavirus (Covid-19) epidemiyası ilə əlaqədar olaraq hava yolu şirkətlərinin gəlirlərinin bu il 314 milyard dollar azala biləcəyini açıqlayıb.
Marja xəbər verir ki, Assosiasiyanın açıqlamasında, 24 Martdan bu yana Covid-19 epidemiyasının diqqətə çarpan bir şəkildə dərinləşdiyi və hökumətlər tərəfindən müxtəlif məhdudlaşdırmaların tətbiq edildiyi vurğulanaraq, hava yolu şirkətlərinin sərnişin daşınmasından gəlirlərinin 2020-ci ildə keçən ilə nisbətən 55% düşərək 314 milyard dollara çata biləcəyi qeyd edilib.
Açıqlamada, qlobal iqtisadiyyatın durğunluğa doğru getməsinə və səyahət məhdudiyyətlərinə görə bu il sərnişin tələbinin keçən ilə nisbətən 48% azalmasının gözlənildiyi ifadə edilib.
Hökumətlərə, böhrandan çıxa bilmələri üçün hava yolu şirkətlərinə "təcili olaraq" likvidlik təmin etmək çağırışı edilən açıqlamada, əks halda bir çox şirkətin həftələr ərzində iflasını açıqlaya biləcəyi xəbərdarlığı edilib.
Assosiasiyanın açıqlamasında Çində olduğu kimi, əvvəlcə ölkədaxili uçuşların açılmasını və bunun ardından ölkəxarici uçuşların da yavaş-yavaş başlamasının gözlənildiyi qeyd edilib.
IATA, fevralda etdiyi ilk analizdə hava yolu şirkətlərinin gəlirlərinin 29,3 milyard dollar düşəcəyini açıqlamışdı. Böhran dərinləşdikcə analizlərini yeniləyən assosiasiya, 5 Martda gəlir itkisinin 113 milyard dollara və 24 Martdakı analizində 252 milyarda çata biləcəyini hesablamışdı.
IATA-nın Mərkəzi ofisi Kanadanın Montreal şəhərində yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 27 d. əvvəl
-
-
57 d. əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
-
2 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib



























