Bu bank istehlak kreditlərini 17%-ə salıb
"Naxçıvanbank" ASC-nin Müşahidə Şurasının qərarı ilə bu ildən kreditlərin faiz dərəcələri aşağı salınıb.
"Muxtar respublika sakinləri istehlak kreditlərini 18%-dən 17%-ə, kart kreditlərini 20%-dən 18%-ə, bankın öz vəsaiti hesabına verilən ipoteka kreditlərini isə 11%-dən 10%-ə götürə bilərlər", - deyə bankdan bildirilib.
Qeyd edək ki, ipoteka krediti üzrə faiz dərəcəsinin aşağı salınması "Naxçıvanbank" tərəfindən əvvəlki illərdə verilmiş kreditlərə də şamil olunur.
Cari ildə "Naxçıvanbank" 2 mln. 350 min manat kredit verib. Bu vəsaitin 371 min 600 manatı kənd təsərrüfatı sahəsini əhatə edir. Belə ki, kreditin 120 min manatı heyvandarlıq sahəsinin, 230 min manatı isə əkinçilik sahəsinin payına düşür.
Bank tərəfindən ipoteka kreditlərinin verilməsi də davam etdirilir. Bu il 9-u güzəştli olmaqla, ümumilikdə 17 ailə ipoteka krediti ilə mənzilə sahib olub.
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 17 saat sonra
-
-
11 d. əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 22 d. əvvəl
-
37 d. əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
2 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
























