VÖEN-i olub 190 manat almaq istəyənlərin nəzərinə!
“190 manatlıq müavinətdən bəhrələnmək istəyən vətəndaşlar adlarına olan VÖEN-i ləğv etdirməlidirlər”.
Bunu Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov İTV-də yayımlanan “Diqqət mərkəzi” verilişində deyib:
“10 minlərlə vətəndaş var ki, əmək müqavilələri, VÖEN-ləri olub. Hətta bəzi hallarda azyaşlı uşaqlarının adına da müraciətlər olub.
Bu sistem də kontingentin sayını nəzərə alaraq kompüterin üzərindən aparılır. Sistemlər Vergilər Nazirliyi və digər qurumların altsistemləri ilə inteqrasiya olub. Ona görə vacibdir ki, vətəndaşlarımız əgər öz VÖEN-lərindən istifadə etmirlərsə, yaxud qısa müddətlik hər hansı məqsəd üçün onlara lazım olub və indi istifadə etmirlərsə, onlar bizə kömək etsinlər. Müraciət edib qısa müddətdə o sistemlərdə VÖEN-lərini ləğv etdirsinlər, bağlatdırsınlar. Bu müavinətdən bəhrələnmək istəyirlərsə, mütləq müraciət edərək o VÖEN-lərə xitam versinlər”.
A.Kərimov bildirib ki, VÖEN-i ləğv edilən vətəndaş 190 manat müavinət üçün yenidən müraciət edə bilər:
“Vətəndaşlar artıq 190 manat üçün müraciət edib, sonra adlarına VÖEN olduğunu biliblərsə, yenidən müraciət edə bilərlər. Sadəcə bilməlidirlər ki, növbəlilik qaydasında onlar əvvəlki növbələrini deyil, yeni növbə yeri alaraq yenidən bir az gözləməlidir ki, onların müraciətləri təhlil olunsun.
VÖEN ləğv edildikdən sonra vətəndaşın hər bir müraciəti yeni müraciət kimi baxılacaq və və altsistemlərdə yenidən yoxlanacaq. Məlumat əgər dəyişdirilibsə, meyar artıq müsbətdirsə, müraciətin də cavabı ümumilikdə müsbət olacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 8 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

















.jpg)


.jpg)


