Qızılın qiymətinin 3 min dollara yüksələcəyi gözlənilir
Bank of America Corp. (BofA) qızılın unsiyası üçün 18 aylıq qiymət hədəfini 3 min dollara yüksəldib. BofA-ın proqnozu qızılda qeydə alınmış rekord qiymətdən 50% yüksəkdir.
Marja xəbər verir ki, Bankın "Fed qızıl çap edə bilməz" adlı hesabatında, bütün dünyada mərkəzi bankların koronavirusdan təsirlənən iqtisadiyyatları dəstəkləmək üçün çox yüksək miqdarlarda maliyyə və pul təşviqləri həyata keçirdikləri xatırladılıb. Bank hədəfini 2 min dollardan 3 min dollara yüksəldib.
Hesabatda, "Ümumi daxili məhsul kəskin şəkildə azaldıqca, maliyyə xərcləri yüksəldikcə və mərkəzi bankların balansları ikiqart ardıqca etibarı pullar təzyiq altına girə bilər. Sərmayəçilər qızılı hədəfləyəcəklər", - qeyd edilib.
BofA qızılın unsiyasının bu il orta hesabla 1695 dollar, 2021-də isə orta hesabla 2063 dollar olmasını gözləyir.
Qızılın qiymətində rekord 1921.17 dollar olmaqla 2011-ci ilin Sentyabr ayında görülüb. Bu il 11% bahalaşan qiymətli metal hazırda 1683 dollardan ticarət olunur.
BofA analitikləri, güclü dolların, maliyyə bazarlardakı volatilliyin azalmasının və Hindistan ilə Çindəki aşağı ləl-cəvahirat tələbinin qızılın qiymətinin yüksəlməsi üçün əngəlləyici faktorlar ola biləcəyini də qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 27 d. əvvəl
-
-
57 d. əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
-
2 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib




























