Coca-Cola-nın apreldə satışları kəskin azalıb
Dünya içki nəhəngi Coca-Cola da epidemiyadan mənfi təsir görən şirkətlər arasına daxil olub.
Marja Wall Street Journal-a istinadən xəbər verir ki, ilk rübdə Coca-Cola-nın satışları 1% azalaraq 8.6 milyard dollara düşüb. Təxminlərdə bu rəqəmin 8.3 milyard dollar olması gözlənilirdi.
Coca-Cola, aprel ayından bəri isə dünya səviyyəsində satış həcminin 25 azaldığını açıqlayıb.
2020-YƏ YAXŞI BAŞLAMIŞDI
Əslində yeni il Coca-Cola üçün çox yaxşı başlamışdı. O dövrdə epidemiya ilə boğuşan Çin xaricindəki ölkələrdə satışlar 3% artmışdı. Epidemiyanın digər ölkələrə sıçraması ilə vəziyyət dəyişib.
Konsert, oyunlar, kino, festival kimi bütün tədbirlərin ləğv edilməsi və restoran, kafe kimi yerlərin bağlanması; gəlirlərinin yarısını buralardan əldə edən Coca-Cola-ya təsir edir.
Coca-Cola-dan verilən açıqlamada, "Epidemiyanın ikinci rübə ya da bütün 2020-ci ilə tam olaraq necə təsir edəcəyini bilmək çətindir. Bu karantin tətbiqlərinin müddətinə, makro iqtisadi yaxşılaşmaya bağlıdır. Ancaq epidemiyanın ikinci rüb rəqəmlərinə də mənfi təsiri əhəmiyyətli olacaq" deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 26 d. əvvəl
-
-
56 d. əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
-
2 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib































