3,5 ay ərzində 30-35 kiloqram ət verir - AZƏRBAYCANA GƏTİRİLİB
Azərbaycana Avropadan Laqun qoyunları gətirilibBu günlərdə “Aqronavt” MMC şirkəti tərəfindən Azərbaycana Avropadan məşhur Laqun qoyunları gətirilib.
Bu qoyunlar yerli sortlardan südlük və ətlik xüsusiyyətləri ilə seçilir, eyni zamanda yerli iqlim şəraitinə sürətlə uyğunlaşırlar.
Heyvandarlıqla məşğul olan fermer Kərim Hüseynov fermerlərin gəlirli sahə olan qoyunçuluğu inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib:
“Respublikada heyvandarlığın inkişafı ilə bağlı proqram hazırlanıb. Həmin proqramda qoyunçuluğun inkişafı ilə bağlı hədəflər müəyyənləşdirilib. Biz fermerlər çalışırıq ki, qoyunçuluğu inkişaf etdirək. Respublikada qoyunçuluğu inkişaf etdirmək məqsədilə Avropa ölkələrindən xüsusi cins, Laqun cinsindən qoyun gətirmişik. Laqun cinsinə mənsub olan qoyunlar balavermə qabiliyyətinə görə yerli qoyunlardan üstündür. Bu cinsdən olan qoyunların artım qabiliyyəti yüksəkdir. Laqun qoyunlarının əksəriyyəti əkiz balalayır. Bu da sürünü artırmaq üçün mühüm şərtdir”.
Qəbələdə fəaliyyət göstərən bu təsərrüfatın sahibi deyir ki, Laqun qoyunlarının südlük və ətlik keyfiyyətləri çox yüksəkdir.
“Laqun cinsinə mənsub olan qoyunların üstünlüyü ondadır ki, bu cinsdən olan qoyunlar 3 litrə yaxın süd verir. 3,5 ay ərzində 30-35 kiloqram ət verir. Bu qoyunlarda südün yağlılıq dərəcəsi 8%-dir. Süddə yağlılıq dərəcəsinin yüksək olması əla keyfiyyətli pendir istehsalına imkan verir. Düşünürük ki, respublikada süd istehsalının artırılmasında bu cinsin çox böyük rolu olacaq. Ümumilikdə Avropadan 700 baş Laqun cinsinə məxsus qoyun gətirməyi planlaşdırırq. Artıq 400 baş gətirmişik, 300 baş qoyun isə yaxın zamanlarda gələcək. Pendir istehsalını artırmaq, süd satışı ilə məşğul olmaq istədiyimiz üçün gələcəkdə Laqun cinsindən daha 2000 baş qoyun gətirməyi planlaşdırırq”, - deyə Kərim Hüseynov vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda heyvanların damazlıq tərkibinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən ciddi dəstək tədbirləri həyata keçirilir. Xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60 faiz dövlət güzəştli ilə satılır. Fermer 25 faiz ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60 faizini dövlət ödəyir, qalan 15 faizi isə 3 il müddətinə kreditləşdirilir.
Qeyd edək ki, Laqun qoyunları südlük istiqamətli sort sayılsa da, bu sortun ətlik keyfiyyətləri də yüksəkdir. Laqun qoyunlarının ətində mərmərləşmə dərəcəsi yüksək olduğuna görə, bu ət ən keyfiyyətli ət növlərindən sayılır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
18 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























