Expressbank-ın xalis mənfəəti kəskin artıb
Expressbank 2020-ci ilin ilk rübünü 5 milyon 858 min min manat xalis mənfəət ilə başa vurub. 2019-cu ilin ilk rübü ilə müqayisədə Expresbank-ın xalis mənfəəti 4,4 dəfə artıb. Belə ki, Expressbank 2019-cu ilin 1-ci rübünü 1 milyon 336 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə Expresbank-ın cəmi əməliyyat gəlirləri 13 milyon 918 min manat, cəmi əməliyyat xərcləri 10 milyon 909 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 3 milyon 9 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 2 milyon 877 min manat mənfəətə əlavə olunub. Bank ilk rübdə 27 min manat mənfəət vergisi ödəyib. Nəticədə, Expressbank 2020-ci ilin ilk rübünü 5 milyon 858 min min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilk rübündə Expressbank-ın cəmi əməliyyat gəlirləri 12 milyon 858 min manat, cəmi əməliyyat xərcləri 11 milyon 62 min manat, əməliyyat mənfəəti 1 milyon 796 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətinin 461 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayarıdığından həmin dövrü 1 milyon 336 min manat xalis mənfəət ilə başa vurmuşdu.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Göründüyü kimi, Expressbank-ın əməliyyat mənfəəti 2019-cu ilin 1-ci rübü ilə müqayisədə 2020-ci ilin 1-ci rübündə 67,5% artaraq 1 milyon 796 min manatdan 3 milyon 9 min manata yüksəlib. Əməliyyat mənfəətinin artması faiz gəlirlərinin artmasından, faiz və qeyri-faiz xərclərinin isə təxminən dəyişməz qalmasından qaynaqlanıb.
FAİZ GƏLİRLƏRİ ARTIB
Bankın faiz gəlirləri ötən ilin ilk rübündə 9 milyon 318 min manat ikən, 2020-ci ilin ilk rübündə 10 milyon 545 min manat təşkil edib. Qeyri - faiz gəlirləri isə cüzi azalaraq 3 milyon 540 min manatdan 3 milyon 373 min manata düşüb.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB, BANK BÖYÜYÜB
Expressbank-ın cəmi aktivləri 2019-cu ilin sonu ilə müqayisədə 12 milyon 641 min manat artaraq 351 milyon 279 min manata, müştərilərə verilən kreditlər isə 8 milyon 438 min manat artaraq 232 milyon 222 min manata çatıb.
XXX
Ölkəmizin ilk kommersiya banklarından biri olan Expressbank 2020–ci ilin ilk rübünə dair maliyyə göstəricilərini açıqlayıb.
Expressbank-dan Marja-ya daxil olmuş məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə, bankın xalis mənfəəti 4.4 dəfə artaraq 5 milyon 858 min manat təşkil etmişdir.
2020-ci ilin I rübün göstəricilərinə əsasən Expressbank ASC Mərkəzi Bank tərəfindən müəyyən olunmuş bütün prudensial normativləri də yüksək səviyyədə yerinə yetirmişdir. Belə ki, 31 mart 2020-ci il tarixində Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 38%, məcmu kapital adekvatlığı 40.8%, leverec əmsalı isə 29% təşkil etmişdir. Yəni hesabat dövrünü, bankın tutulmalarından sonra I dərəcəli kapitalı 107.8 milyon manat, məcmu kapitalı isə 116.8 milyon manat ilə başa vurmuşdur. Bu da, müəyyən edilmiş normativlərlərdən dəfələrlə artıq olmaqla bir daha bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu sübut edir.
Məlumatda bildirilir ki, sərfəli kredit tarifləri və müştəri gözləntilərinə çevik yanaşma hüquqi şəxslərin banka olan etimadını da artırıb. Belə ki, biznes sahəsinə ayrılan kreditlər üzrə 7% artım müşahidə edilir. Biznes kreditlərində müşahidə olunan xüsusi artım bankın ölkəmizdə biznes sektorunun inkişafına olan dəstəyinin göstəricisidir.
Bankın uğurları bununla da bitmir. Belə ki, cari ilin ilk rübünün nəticələrinə görə plastik kartların sayında ötən ilin sonuncu rübü ilə müqayisədə 36% artım müşahidə edilib. Kartlarla ödənişlərin 49.5% təmassız qaydada həyata keçirilmişdir. Bu göstəricilər bankın nağdsız ödənişlərin təşviqatına dəstəyini əks etdirir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən "Expressbank"ın ölkə ərazisində 15 filialı mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
1 gün əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
-
-
1 gün əvvəl
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
1 gün əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
1 gün əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
1 gün əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq
























