NBC Bank haqqında xəbər var
Mərkəzi Bankın müvəqqəti inzibatçı təyin etdiyi NBC Bank 2020-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Göstəricilərdən məlum olur ki, NBC Bankın vəziyyəti elə də ağır deyil. Koronavirus epidemiyası ilə əlaqədar bir sıra banklarda olduğu kimi NBC Bankın da gəlirlərində azalma baş verib. İlk rübdə Bankın aktivləri artıb, məcmu kapitalı Mərkəzi Bankın minimal tələbindən yüksəkdir.
Marja Banka istinadən xəbər verir ki, 2020-ci ilin yanvar – mart dövründə NBC Bank-ın cəmi əməliyyat gəlirləri 6 milyon 538 min manat, cəmi əməliyyat xərcləri 6 milyon 735 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 197 min manat əməliyyat zərəri yaranıb. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 153 min manat da ayrıma nəzərdə tutduğundan ilk rübü 350 min manat zərər ilə başa vurub.
Qeyd edək ki, koronavirus pandemiyası bankların gəlirlərinin azalmasına səbəb olub. İlk rübün Mart ayında bankların gəlirləri daha çox azalıb. Bankirlər Apreldə azalmanın daha böyük olacağını gözləyirlər. Əgər koronavirus epidemiyasına görə karantin rejimi tətbiq edilməsəyidi NBC Bankın da gəlirləri artar və xərclərini üstələyərdi. Karantin rejimi başa çatdıqdan sonra bankların gəlirlərini bərpa edəcəkləri gözlənilir.
BANK BÖYÜYÜB
2019-cu ilin sonu ilə müqayisədə 2020-ci ilin ilk rübündə NBC Bankın cəmi aktivləri 2 milyon 30 min manat artaraq 31 Mart 2020-ci il tarixində 324 milyon 677 min manata çatıb.
Müştəriləri verilmiş kreditlər isə 229 milyon 120 min manat olmaqla, cəmi depozitlər isə 142 milyon 325 min manat olmaqla təxminən dəyişməz qalıb.
MƏCMU KAPİTALI MİNİMAL TƏLƏBDƏN YÜKSƏKDİR
31 Mart 2020-ci il tarixində NBC Bank 57 milyon 620 min manat məcmu kapitala malik olub ki, bu da Mərkəzi Bankın 50 milyon manat olan minimum kapital tələbindən çoxdur.
NBC Bankda I dərəcəli kapitalın adekvatlıq əmsalı və məcmu kapitalın adekvatlıq əmsalı normalardan yüksəkdir. 31 Mart 2020-ci il tarixində Bankda I dərəcəli kapitalın adekvatlıq əmsalı 21.5% (norma 5%), məcmu kapitalın adekvatlıq əmsalı 22.3% (norma 10%). NBC Bank tələblərə cavab verdiyindən bu banka da inzibatçının təyin olunması müştəriləri təəcübləndirib.
“NBC Bank” ASC 2019-cu ili 1 milyon 350 min manat xalis mənfəət ilə başa vurmuşdu. 2018-ci illə müqayisədə “NBC Bank”ın xalis mənfəəti 200 min manat və ya 17,4% artmışdı.
“NBC Bank” ASC-nin 64 milyon manat nizamnamə kapitalının 65,90%-i Nuru Əliyevə, 6,42%-i Aynur Kamalovaya, 6,42%-i Aysel Usubovaya, 6,16%-i Nüşabə Şəfiyevaya və 6,02%-i "Nurğun Qrup" MMC-yə, 4,3%-i Surxay Əhmədova, 2,72%-i "Caspian İnsurance Co." MMM-yə, 1,02%-i Elnur Səfiyevə, daha 1,02%-i isə Nicat Səfiyevə məxsusdur.
Müvəqqəti inzibatçı təyin edilmiş “AGBank” ASC-də və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilir. Müvəqqəti inzibatçı təyin edilmiş “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları ləğv edilib.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib





















