Azərbaycan üzərindən 200 milyon dollarlıq ixrac
İranın Mazandaran vilayətindən 200 milyon dollarlıq sitrus meyvə Azərbaycan üzərindən Rusiya və digər ölkələrə ixrac edilib.
Bu sözləri vilayətin İqtisadiyyat idarəsinin rəhbəri Mehdi Qəlibçi deyib. O bildirib ki, 111 milyon dollarlıq 158 min ton kivi ixrac olunub.
Qeyd edək ki, İranla Azərbaycanın nəqliyyat sahəsində əməkdaşlığı tərəflər üçün səmərəlidir. İran ixrac məhsullarını avtomobil və dəmir yolları vasitəsilə Azərbaycan üzərindən ixrac edir. Azərbaycanın tranzit potensialı İranla Rusiya arasında idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün əlverişli şərait yaradıb. İranın Mazandaran, Gilan, Gülüstan və Ərdəbil vilayətləri ölkəmizlə sərhəd regionunda yerləşir. Sitrus meyvələrdən başqa bu vilayətlər digər kənd təsərrüfatı məhsulları və tikinti materialları ixrac etmək imkanına malikdir.
Azərbaycanın Astara(Azərbaycan)-Astara(İran) dəmir yolu xəttini və Ələt-Astara avtomobil yolunu yenidən quraraq istismara verməsi İranın adı yuxarıda göstərilən vilayətlərinin ixrac imkanlarını artırıb.
Nəzərə almaq lazımdır ki, Rusiya da Azərbaycan ərazisindən tranzit kimi istifadə edərək İranla ticarət əlaqələrini daha da genişləndirib. Bildiyimiz kimi, hələ Sovet İttifaqı dövründən Azərbaycanla Rusiya arasında geniş dəmir yolu əlaqəsi mövcuddur. Bu gün isə Rusiya Astara(Azərbaycan)-Astara(İran) dəmir yolu ilə İrana taxıl, tikinti materialları və digər texniki vasitələr ixrac edir. Rusiyanın Dağıstan Respublikası da Azərbaycan ərazisindən istifadə etməklə İranla ticarət əlaqələrini davam etdirir. Yüklər Dağıstandan qatarla birbaşa İran Astarasına daşınır.
Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentindən olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti istifadəyə verildikdən sonra nəinki Rusiya, eləcə də Avropa dövlətləri də Azərbaycandan tranzit kimi istifadə edərək İranla ticarət əlaqələrini inkişaf etdirəcək. İstər Avropadan İrana, istərsə də əks istiqamətə yüklərin daşınması Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin artmasına səbəb olacaq.
Hələlik bu dəmir yolunun Qəzvin-Rəşt hissəsi hazırdır. Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir. Cənub-Şərqi Asiya ölkələrindən Avropa və Rusiyaya daşınan yüklər İranın dəniz limanlarına, buradan isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Avropaya daşınacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)






.jpg)





