Dövlət şirkəti zərərdən mənfəətə keçib
“Azərkosmos” 2019-cu ilin yekunlarına dair maliyyə nəticələrini açıqlayıb.
Maliyyə nəticələrini əks etdirən hesabata əsasən “Azərkosmos” 2019-cu ili 3,6 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, dövlət şirləti 2018-ci ili 6,5 milyon manat xalis zərər ilə başa vurmuşdu.
“Azərkosmos”un yaydığı məlumatda bildirilir ki, 2019-cu ildə şirkətin gəlirləri 2018-ci il ilə müqayisədə 41,2% artıb, EBİTDA marjası 64%-dən 73%-ə yüksəlib. Bu artımda peyk xidmətlərinin əhatə coğrafiyasının və aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsinin də rolu olmuşdur. “Azerspace-2” peykinin istifadəsinə dair beynəlxalq şirkətlərlə əməkdaşlıq sayəsində “Azərkosmos”un lizinq əməliyyatları üzrə maliyyə gəliri 2018-ci ilə nisbətdə 2,6 dəfə artaraq 12,24 milyon manata çatıb.
Qlobal “Peyk Sənayesi Assosiasiyası”nın (Satellite Industry Association) məlumatlarına əsasən, son illərdə dünya peyk sənayesində “durğunluq” müşahidə olunur, dünya peyk sənayesinin gəlirləri 3% ətrafında artıb, sırf peyk xidmətlərinin göstərilməsi üzrə gəlirlər isə nisbətən azalıb. Bununla belə, “Azərkosmos”un gəlirləri stabil olaraq artmaqda davam edir və proqnozlara əsasən gəlirlərin növbəti illərdə daha da artacağı gözlənilir. Hazırda qüvvədə olan kommersiya müqavilələri üzrə növbəti dövrlər üçün 107,1 milyon manat gəlir təmin edilmişdir.
Ümumilikdə, “Azərkosmos”un gəlirlərinin 90%-i peyk xidmətlərinin dünyanın 20-dən çox ölkəsinə ixracından formalaşıb. 2019-cu ilin nəticələrinə əsasən “Azərkosmos” dövlət və qeyri-dövlət ixracatçı subyektləri arasında xidmət sektorunda ixrac həcminə görə ən yüksək nəticə ilə birinci yerdə qərarlaşıb. Şirkətin ixrac portfelini əsasən ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Malayziya kimi dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri təşkil edib.
Bunlarla yanaşı, 2019-cu ildə “Azərkosmos”un yığılmış zərəri 1,9% azalaraq 307 milyon manata düşüb. Bu məqamda xüsusi qeyd etmək lazımdır ki, qeyd edilən yığılmış zərər birbaşa “Azərkosmos”un əməliyyat fəaliyyəti ilə bağlı deyil, əsasən (85%) ötən illərdə baş vermiş devalvasiyalar nəticəsində manatın məzənnəsinin aşağı düşməsi və bu səbəbdən manatla hazırlanan maliyyə hesabatında mənfi məzənnə fərqinin əks etdirilməsi ilə əlaqədardır. Belə ki, Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə görə peyk layihələrinin maliyyələşdirilməsi üçün xarici valyutada cəlb edilmiş kreditlər üzrə öhdəliklərdə yaranmış mənfi məzənnə fərqi maliyyə hesabatlarında Azərbaycan manatı ilə texniki olaraq zərər kimi tanınmalıdır. Şirkətin mənfəət və gəlirlərinin artımı ilə bağlı tarixçə və proqnozlara əsasən, ümumi yığılan zərərin ən azı əməliyyat fəaliyyəti ilə bağlı hissəsi yaxın illərdə mənfəətlə əvəzlənə biləcək.
Maliyyə hesabatının digər əsas müddəalarına nəzər saldıqda 2019-cu il ərzində “Azərkosmos”un nizamnamə kapitalında dəyişiklik baş vermədiyi, şirkətin nizamnamə üzrə ehtiyatının isə 28,3% artaraq 208,37 milyon manat həcmində olduğu görünür.
“Azərkosmos”un uzunmüddətli aktivləri 2018-ci ilə nisbətdə 8% azalaraq 569,86 milyon manat olub. Qısamüddətli aktivləri isə 70,8% artaraq 58,73 milyon manat, ümumi aktivləri isə 3,8% azalaraq 628,59 milyon manat dəyərində olub. Aktivlərin azalmasının böyük hissəsi torpaq, tikili və avadanlıqlar bəndində öz əksini tapmış və əsas səbəb 2019-cu ildə “Azerspace-2” peykinin tutumlarının 46%-nin “İntelsat” şirkətinə maliyyə lizinqinə verilməsi ilə bağlıdır.
Həmçinin, ümumi öhdəliklər 2018-ci ilə nisbətdə 77,09 milyon manat və ya 10,4% azalaraq 663,77 milyon manata düşüb. “Azərkosmos”un öhdəliklərinin əsasını peyk layihələri ilə bağlı götürülmüş kreditlərin ödənilməsi təşkil edir. Bu kreditlər peyk xidmətlərindən əldə edilən gəlirlər hesabına vaxtlı-vaxtında geri ödənilir və bu günə kimi şirkətin vaxtı keçmiş və ya gecikdirilmiş kredit borcu qeydə alınmayıb.
Qeyd edək ki, “Azərkosmos”un 2019-cu ilin yekunları üzrə dərc olunmuş maliyyə hesabatları dünyanın dörd ən böyük audit şirkətlərindən biri olan “PricewaterhouseCoopers" (PwC) audit şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən müstəqil auditor rəyi almışdır.
“Azərkosmos”un 31 dekabr 2019-cu il tarixinə kimi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun Maliyyə Hesabatları və Müstəqil Auditorun Rəyi ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz.
Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün peyk xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sabahdan WUF13 zolaqlarına daxil olan avtomobillər cərimələnəcək
-
2 saat əvvəl
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
-
2 saat əvvəl
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
-
2 saat əvvəl
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
-
2 saat əvvəl
Auditorlar Palatasında struktur dəyişikliyi olub, bir neçə şöbə ləğv edilib
-
2 saat əvvəl
“Unibank”da yığıncaq keçiriləcək, 3 məsələ müzakirə ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma.
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Unibank”da yığıncaq keçiriləcək, 3 məsələ müzakirə ediləcək
Lizinq şirkəti bank olmayan kredit təşkilatı yaradır
Yeni Dövlət Agentliyi yaradıldı- FƏRMAN
Nərgiz Əliyeva: “Daxili audit sadəcə yoxlama deyil”
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!






.jpg)
.jpg)












.jpg)
