Neft hasilatının ixtisarı daha bir ay uzadıla bilər
OPEC+ Nazirlər Monitorinq Komitəsinin iyun ayının 18-də keçiriləcək iclasında neft hasilatının may – iyun aylarına təyin olunmuş ixtisarını daha bir ay uzatmaq məsələsini müzakirə edilə bilər.
Ölkə nümayəndə heyətlərindəki bir mənbə hasilat ixtisarının avqust ayınadək uzadıla biləcəyini istisna etməyib. Halbuki iclasın rəsmi gündəliyinə bu məsələ yoxdur. Başqa bir mənbə monitorinq komitəsini belə bir məsələni müzakirə etmək səlahiyyətinə malik olmadığını, yalnız razılaşmanın icrasını izləyə biləcəyini xatırladıb.
Qeyd edək ki, videokonfrans şəklində keçiriləcək komitə iclasında əvvəlcə komitə sədri, Səudiyyə Ərəbistanı enerji naziri şahzadə Əbdüləziz bin Salman, daha sonra Rusiya energetika naziri Aleksandr Novak, bu il OPEC konfransında sədrlik edən Əlcəzair neft naziri Məhəmməd Ərkab çıxış edəcəklər.
Bundan sonra iclasda neft bazarındakı vəziyyətə və üzv ölkələr tərədindən razılaşmaya necə əməl edilməsinə dair OPEC məruzəsi, habelə iclası ayın 17-də keçiriləcək Ekspertlər Komitəsinin hesabatı dinləniləcək.
Xatırladaq ki, OPEC+ formatının iştirakçı ölkələri arasında hasilatı 9,7 milyon barel azaltmaq barədə razılaşma ilkin olaraq may – iyun ayları üçün nəzərdə tutulsa da, 6 iyun tarixində keçirilən nazirlər görüşündə bunu iyul ayının sonunadək uzatmaq barədə razılığa gəlindi. Daha sonra “Reuters” xəbər verdi ki, hasilatın bu səviyyədə ixtisarının yayın sonunadək uzadılması da nazirlərin gündəminə gələ bilər. Lakin Nazirlər Monitorinq Komitəsi yalnız tövsiyə verə bilər və sonra bu tövsiyə Vyana razılaşmasının iştirakçısı olan 23 ölkə tərəfindən müzakirə olunmalıdır. Nazirlər Monitorinq Komitəsinin üzv ölkələri Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, İraq, Qazaxıstan, Küveyt, Rusiya, Səudiyyə Ərəbistanı, Venesueladır.
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 32 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
Ən çox oxunanlar
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR






.jpg)
.jpg)








.jpg)







