“Xan”ın yığılmış zərəri azalıb
“Göygöl Şərab Zavodu” ASC 2019-cu il dekabrın 31-nə mühasibat balansını yarımçıq dərc etdirib, şirkət mənfəət və zərər hesabatını gizlədib.
Marja ASC-nin 2019-cu il dekabrın 31-nə mühasibat balansına istinadən xəbər verir ki, ötən il “Göygöl Şərab Zavodu”nun yığılmış zərəri (ödənilməmiş zərər) 1 milyon 593 min manat azalaraq 15 milyon 661 min manata düşüb. Ödənilməmiş zərərin azalması ilə əlaqədar olaraq “Göygöl Şərab Zavodu”nun cəmi kapitalı 40 milyon manatdan 42 milyon manata yüksəlib. Zərərin azalması ASC-nin 2019-cu ildə 1 milyon 593 min manat xalis mənfəətə çıxdığına işarə ola bilər.
Qeyd edək ki, “Göygöl Şərab Zavodu” ASC 2017-ci ili 5 milyon 16 min manat, 2018-ci ili isə 6 milyon 479 min manat xalis zərər ilə başa vurmuşdu.
2018-ci ilin sonu ilə müqayisədə 2019-cu ildə ASC-nin cəmi aktivləri 6 milyon 574 min manat və ya 14% artaraq 52 milyon 777 min manat yüksəlib. Ötən il torpaq, tikili və avadanlıqların dəyəri təxminən 1 milyon manat, ehtiyatlar isə 4 milyon 600 min manat artıb. Debitor borclar da təxminən 1 milyon manat artaraq 3 milyon manatdan 4 milyon manata yüksəlib.
“Göygöl Şərab Zavodu” “Xan” brendi ilə alkoqollu içkilər istehsal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 21 d. əvvəl
- 23 d. əvvəl
- 29 d. əvvəl
- 35 d. əvvəl
- 39 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Putin və Tramp 1,5 saatdan çox telefon danışığı aparıb - ƏSAS MƏQAMLAR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb







.jpg)







.jpg)








