ABŞ-ın köklü şirkəti iflasın astanasında
Koronavirus epidemiyası ilə əlaqədar olaraq çətin vəziyyətdə olan ABŞ-ın köklü şirkətlərindən GNC iflasdan qorunmaq üçün müraciət edib.
Marja xəbər verir ki, 85 illik şirkət 7300 mağzasının ən az 800-1200-ünü bağlayacağını açıqlayıb.
GNC dərman və vitaminlərin pərakəndə satışı ilə məşğul olur.
Təxminən 900 milyon dollar borcu olan şirkət, bu ilin ilk rübündə 200 milyon dollar zərər açıqlayıb. Keçən ilin eyni dövründə zərəri 15 milyon dollar idi.
GNC yaydığı açıqlamada, "İflasdan qorunmaq, strategiyalarımızı daha sürətli tətbiq etmək fürsəti verəcək, şirkət üçün lazımlı sərmayələr ediləcək. Eyni zamanda borcun ödənilməsinə imkan yaranacaq" ifadələri yer alıb.
GNC bir tərəfdən maliyyə vəziyyətini düzəltməyə çalışarkən, digər tərəfdən şirkətin satışı üçün də alıcı axtarışına başladığını açıqlayıb. Söz mövzusu satış hərrac üsulu ilə keçiriləcək. Hazırda Çin şirkəti Harbin Pharmaceutical Group Holding-in satınalma üçün 760 milyon dollarlıq təklifi var.
Hərracda daha yüksək bir təklif gəlməməsi vəziyyətində GNC-in Harbin tərəfindən satın alınacağına qəti gözlə baxılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
2 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
2 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
6 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
8 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb



























