COVİD-19-dan sığortalanmaq mümkündürmü?
Pandemiya iqtisadiyyatın bütün sahələrinə təsir göstərdi və demək olar ki, bütün iqtisadi subyektlər itkilərlə üzləşdi. Hazırki vəziyyət bəzi sualların cavablandırılmasını zəruri edir - İqtisadi fəaliyyət sahələrini COVİD-19–dan qorumağın yolları mövcuddurmu? Ümumiyyətlə COVID-19-dan sığortalanmaq mümkündürmü?
Ümumiyyətlə COVİD-19-dan sığortalanmaq mümkündürmü?
Pandemiya şəraitində ilk ağıla gələn sığorta məhsulu həyat və sağlamlıq sığortasıdır. Əgər tərəflər arasında bağlanan müqavilədə sığortalı olan şəxsin yoluxucu xəstəliklərdən qorunması riski sığorta hadisəsi kimi qəbul edilirsə bu zaman həmin şəxs kompensasiya ala bilər. Sığorta şirkətləri yalnız müqavilədə qeyd edilən riskləri sığorta hadisəsi hesab edir. Əgər yoluxucu xəstəliklər nəticəsində dəyən zərər şirkətin qarşıladığı risklərə daxildirsə bu müqavilədə öz əksini aydın şəkildə tapmalıdır əks halda sığortaçının ödənişdən imtina etməsi ehtimalı yüksəkdir. Dünyanın nüfuzlu sığorta şirkətləri pandemiya elan edildikdən sonra bu kimi halların qarşısını almaq məqsədilə koronavirusa yoluxma zamanı qarşılanacaq riskləri özündə ehtiva edən yeni məhsulun yaradılmasına və bazara çıxarılmasına başladılar.
Pandemiya ilə əlaqədar olaraq görülən tədbirlər, tətbiq edilən məhdudiyyətlər, müəssisələrin fəaliyyətinin müvəqqəti dayandırması və ya virusa yoluxan əməkdaşların əmək qabiliyyətini itiməsi nəticəsində yaranan itkilər kimi bir çox digər hallar iqtisadi subyektlərin fəaliyyətinə və biznes sahələrinə müəyyən dərəcədə zərbə vurdu.
Ekspertlər yaranan vəziyyəti təhlil edərək bu kimi hallar baş verdiyi zaman dəyən zərəri minimuma endirmək üçün təkliflər və tövsiyyələr irəli sürüblər. Rəylərə əsasən, belə vəziyyətdə biznes sahələrində yaranacaq itkilərin qarşısının alınması üçün bazarda “durğunluq vəziyyəti nəticəsində yaranacaq itkilərdən qorunmaq”la bağlı sığorta məhsulunun yaradılmasına ehtiyac var. Bu sığorta məhsulunun şərtlərində həm pandemiyanın təsiri nəticəsində,həm də bu müddət ərzində dövlət tərəfindən tətbiq edilən yeni qaydalarla əlaqədar meydana gələn risklər açıq şəkildə qeyd edilməlidir.
COVİD-19 dan sığortalanmaq üçün çox gecdir?
COVİD-19 riskinə qarşı həyat və ya sağlamlıq sığortası əldə etmək hal-hazırda çox asandır. Dünyada bir çox iri sığorta şirkətləri bu riskə qarşı yeni məhsul yaradıblar. Yerli sığorta bazarında da bu məhsulu yaradan şirkət mövcuddur. “Atəşgah Həyat” epidemiya dövründə insanların maddi itkilərini minimallaşdırmaq üçün yeni və unikal sığorta məhsulu olan “Antikoronavirus”- u bazara təqdim etdi. Bu məhsul sığortalıya virusa yoluxduğu təqdirdə maddi təminatdan yararlanmağa imkan verir .
Dünya sığorta bazarında da analoji vəziyyət müşahidə olunur. Qonşu ölkə olan Rusiyada sığorta şirkətləri koronavirusla əlaqədar proqramlar təklif edirlər. Rus ekspertləri bildirir ki, sahibkarların pandemiya nəticəsində yaranan vəziyyətlə bağlı itkilərdən sığortalanmasında isə vəziyyət daha çətindir. Digər tərəfdən ölkələrdə tematik sığorta məhsullarının hələ də mövcud olmaması sığorta şirkətlərinin gələcək fəlaiyyətləri ilə bağlı narahatlıq keçirmələrinə də səbəb olur. Sığorta şirkətləri bilirlər ki, risklər sığortalanmadığı təqdirdə onların baş vermə ehtimalı 100 % -ə yaxındır və bəzən baş verən hadisə sığortalanan obyektin tamamilə məhv olması ilə nəticələnir.
Ekspertlər bildirir ki, bir çox biznes subyektləri krizisi öz xeyrinə çevirir. Koronavirusun yaratdığı böhran vəziyyəti bir çox sığorta şirkətləri üçün perspektivli bir bazar genişləndirilməsi kimi istifadə edilə bilər. Böhran vəziyyətlərində sığorta məhsulları üzrə fərqli hərəkət dinamikaları müşahidə olunur. Bu müddət ərzində bəzi məhsulların satışı sıfıra endiyi halda, bəzilərinə tələb artır. Belə şəraitdə sığorta şirktələri müştəriləri ilə bağlanan yeni sığorta müqavilələrini daha az müddətdə reallaşdırmağa meyillidirlər. Lakin sığorta haqqının miqdarı və bağlanan müqavilənin tamamlanması, birbaşa effektli danışıqlardan və müqavilənin düzgün tərtib edilməsindən asılıdır.
Sığorta bazarında hansı məhsullara ehtiyac var?
Avropa ölkələrində pandemiya zamanı yaranan riskləri özündə ehtiva edən məhsullar bazarda populyarlıq qazanıb. Buna səbəb isə 2003-ci ildə baş verən SARS hadisəsindən sonra bir çox sığorta şirkətlərinin kütləvi epidemiyaya qarşı məhsul yaratmalarıdır. Lakin dünyanın bir çox ölkələrində pandemiya riskinə qarşı məhsullar COVİD-19 virusunun bütün dünyada yayılmasından sonra hazırlandı və bazara buraxıldı.
Biznes subyektləri gələcəkdə fəaliyyətinin dayandırılması riskinə qarşı “Business interruption insurance” yəni “İşin dayandırılması ilə bağlı risklərdən sığorta” müqaviləsi bağlayırlar. Bu sığorta məhsulunun əldə edilməsində əsas məqsəd iflas zamanı zərərin qarşılanmasıdır. Ancaq bir çox ölkələrdə bu sığorta məhsulu daha çox istehsal prosesində iştirak edən məhsulların üzləşdiyi problemlərlə əlaqədar dəyən zərərləri kompensasiya etməyə istiqamətlənib.
Dünyada geniş istifadə olunan digər bir məhsul isə “Event cancellation insurance” adlı sığortadır. Pandemiya kimi qarşısıalınmaz digər hadisələr tədbirlərin, səyahətlərin və s. ləğv edilməsi ilə nəticələnirsə, bu sığorta məhsulu vasitəsilə dəyən zərər sığorta şirkəti tərəfindən kompensasiya edilir.
Pandemiya demək olar ki, dünya üzrə bütün sığorta şirkətləri və digər bazar subyekləti üçün gözlənilməz hal idi. Heçkəs belə bir xəstəliyin yayılacağını və bunun nəticəsində bütün ölkələrdə məhdudliyyətlərin və qadağaların yaranacağını təsəvvür belə edə bilməzdi. Ümumiyyətlə, bir çox iqtisadi subyektlər daha çox geniş yayılan risklərdən sığortalandığı üçün standart sığorta müqavilələri və qaydaların əksəriyyətində hazirki vəziyyətə uyğun şərtlər mövcud deyildi.
Beləliklə, pandemiya sığorta sektorunun istiqamətini dəyişdi. Şirkətlər xidmətlər çeşidini genişləndirməyə və yeni məhsulların, xidmətlərin yaradılmasına başladılar. Bütün bunlar gələcəkdə meydana çıxacaq riskləri və zərəri təxmin etmək və qarşısını almaq üçün istehlakçılara sığortanın əldə edilməsində maraq yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
11 d. əvvəl
Qlobal bank neft qiymətləri üzrə proqnozunu yenidən yüksəldib
-
- 16 d. əvvəl
-
25 d. əvvəl
Goldman Brent neftinə dair qiymət proqnozunu yuxarı istiqamətdə yeniləyib
- 46 d. əvvəl
- 50 d. əvvəl
-
58 d. əvvəl
Bank Binəqədi filialını yenilənmiş konseptdə istifadəyə verdi
-
1 saat əvvəl
Ukrayna Rusiyanın gübrə zavodunu və neft emalı müəssisəsini vurub
-
1 saat əvvəl
Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Aprelin 28-də gözlənilən hava şəraiti
ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
Ukrayna Rusiyanın gübrə zavodunu və neft emalı müəssisəsini vurub
Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
Ən çox oxunanlar
PAŞA Bank ağacəkmə aksiyasına qoşulub
Bu bank pulunuza illik 12% gəlir təklif edir
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Avtomobil nəhəngindən mühüm qərar: "Porsche" şirkəti "Bugatti" və "Rimac"dakı paylarını satır
Bu gün MSK-nın yeni tərkibi müəyyənləşəcək, ilk iclasında sədr, sədr müavini və katiblər seçiləcək
Google, Claude-un yaradıcısı Anthropic-ə 40 milyard dollar investisiya yatırmağı planlaşdırır
Qlobal hərbi xərclər ötən il 2 trilyon 887 milyard dollara çatıb












.jpg)






