Biznes və marketinq rəhbərləri üçün qlobal şirkətlərdən pulsuz təlim
®️ Azərbaycan Beynəlxalq Bankının təşkilatçılığı, qlobal Unite Edelman şirkətinin təşkilati dəstəyi ilə sabah saat 14.00-da Bakı Marketinq Forumu başlanır.
Bu gün qeydiyyat üçün sonuncu gündür. Onlayn formatda keçirilən forumun mövzusu “Dəyişən müştəri davranışlarına uyğun brend hekayəsinin yaradılması”na həsr edilib.
Tədbir biznes sahibləri, marketinq və reklam direktorları, korporativ rəhbərlər, eləcə də biznes və marketinq sahəsinə aidiyyəti olan digər şəxslər üçün nəzərdə tutulub. Burada məqsəd COVID-19-un təsiri ilə bazar trendlərində, müştəri davranışlarında baş verən dəyişiklikləri təhlil etmək, vəziyyətə uyğun real həllər tapmaqdan ötrü ən yaxşı beynəlxalq təcrübələri nəzərdən keçirməkdir.
Bakı Marketinq Forumu iki sessiyadan ibarət olacaq. Birinci sessiyada daha çox inam effektinə diqqət yönələcək. İştirakçılar McKinsey şirkətinin hesabatına əsasən, COVID-19-un müştəri ilə brend arasındakı əlaqələrdə yaratdığı əsas fəsadlar haqqında öyrənəcəklər. Yeni şəraitdə müştərilərin məhsul və xidmətlərdən əsas gözləntiləri barədə təhlili məlumatlar təqdim olunacaq.
Forumun ikinci sessiyası isə müştəri düşüncəsindəki qeyri-müəyyənliklərin həlli məsələlərinə həsr ediləcək. Bu sessiyada əsasən, COVID-19 şəraitində B2C və B2B modeli üzrə müştəri və məhsul arasındakı münasibətlər haqqında fikirlər dinləniləcək. Bizneslərin yeni vəziyyətlə üzləşdiyi zamanda brend hekayələrinin müştərilərin ehtiyac və vərdişlərinə uyğunlaşdırılması yolları axtarılacaq.
Forumun spikerləri Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, McKinsey, Edelman, Unilever, TAB Food Investments, Azercell şirkətlərinin marketinq sahəsində beynəlxalq təcrübəyə malik ekspertləridir.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, Bankın Baş transformasiya inzibatçısı Taleh Tahirli bildirib: “İstənilən böyük dəyişiklik bizneslər üçün müxtəlif problemlərlə yanaşı, yeni fürsətlər də gətirir. COVID-19 da bu baxımdan istisna sayılmamalıdır. Qlobal brendlərin iştirakı ilə belə bir forumun keçirilməsi isə mövcud vəziyyətin düzgün dəyərləndirilməsi, təcrübə mübadiləsinin aparılması və şəraitə uyğun həllərin tapılması baxımından faydalı olacaq. Bakı Marketinq Forumu bizim üçün bir başlanğıcdır. Belə bir təcrübə mübadiləsi ənənəsini biznes üçün digər əhəmiyyətli istiqamətlərdə də davam etdirəcəyik”.
Bakı Marketinq Forumu haqqında ətraflı məlumatları buradan öyrənmək və tədbirdə iştirak üçün qeydiyyatdan keçmək olar. Forumda iştirak ödənişsizdir. Tədbir Azərbaycan dilində keçiriləcək, ingilis dilinə sinxron tərcümə təmin ediləcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















