Türkiyənin oyun şirkəti "Rollic" 168 milyon dollara satıldı
Dünyada məşhur oyun istehsalçısı "Zynga" şirkəti Türkiyənin oyun şirkəti olan "Rollic"u 168 milyon dollara satın aldığını açıqlayıb. Bundan öncə "Zynga" Türkiyənin "Peak Games" oyun şirkətini satın almışdı.
"Rollic" hyper-casual oyunlar istehsal edir.
Marja xəbər verir ki, "Zynga"nın rəsmi "Twitter" hesabından verilən məlumata görə, şirkət hyper-casual oyun sahəsində ən sürətli böyüyən şirkətlərdən biri olan və baş ofisi İstanbulda yerləşən Türkiyənin oyun şirkəti olan "Rollic" ilə razılaşma təmin etdiyini açıqlayıb.
Məlumatda "Rolluc"un oyunlarının 250 milyondan çox endirildiyi vurğulanıb, "Rolluc"un şirkətin istifadəçi profilinə və reklam sahəsinə əlavə kömək edəcəyi vurğulanıb.
Açıqlamaya görə, ilk olaraq "Zynga", "Rolluc"un 80%-ini 168 milyon dollara satın alır. "Rolluc"un qalan 20%-lik hissəsi isə qarşıdakı 3 il ərzində mərhələ-mərhələ "Zynga"ya ötürüləcək.
"Zynga" ötən aylarda da baş ofisi İstanbulda yerləşən mobil oyun şirkəti "Peak Games"i rekord bir qiymətlə - 1,8 milyard dollara satın aldığını açıqlamışdı.
"Zynga"nın İcraçı direktoru Frank Gibeau, 2020-ci ildə dünya səviyyəsində ən sürətli inkişaf edən hyper-casual oyunlar istehsalçılarından biri olan və mükəmməl komanda tərəfindən idarə olunan "Rolluc"un alınması ilə hyper casual sahəsinə daxil olmaqdan çox həyəcanlı olduqlarını söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 43 d. əvvəl
-
-
51 d. əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
2 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın























.jpg)

