TƏBİB-dən Rusiyanın koronavirus peyvəndi ilə bağlı açıqlama
“Hər bir peyvənd geniş istifadəyə başlamadan öncə 3 əsas mərhələdən keçməlidir”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, Rusiya ilə peyvəndlə bağlı hər hansı konkret danışığa başlanmayıb: “Beynəlxalq səviyyədə tanınan, beynəlxalq təşkilatlarla əlaqəli olaraq hansısa peyvəndi alıb Azərbaycana gətirməyi düşünürük. Avropada olan məşhur istehsalçılarla da əlaqəyə də girmişik. Rusiyada olan peyvəndlə bağlı gözləmək lazımdır. Məlumatlar çox ümidvericidir. Amma konkret söz demək çox tezdir”.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, peyvəndlərin əlçatanlığı səviyyəsində beynəlxalq təsisatlar da mövcuddur: “Azərbaycan da bu təşəbbüslərdə yaxından iştirak edir və prosesləri yaxından izləyir. Dünyada müxtəlif regionlarda müxtəlif dövlətlər tərəfindən peyvəndlə əlaqədar işlər aparılır. Rusiyada aparılan işləri də biz yaxından izləyirik. Beynəlxalq səviyyədə tam səviyyədə təsdiq edilmiş peyvənd bazara çıxarılanda Azərbaycan da bu peyvəndin alınması üçün işlər aparacaq”.
APA
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb















.jpg)




