Azərbaycan-Özbəkistan tekstil forumu keçiriləcək - TARİX
25-27 avqust 2020-ci il tarixlərində Azərbaycan və Özbəkistanın işgüzar şəxsləri üçün "Made in Uzbekistan Textile" tekstil sənayesi üzrə biznes forumu keçiriləcək.
“Forum onlayn rejimində keçiriləcək. B2B forumunda Özbəkistandan yüksək keyfiyyətli kompakt ipliklər və iplər, ev tekstili, naxışlı və boyanmış parçalar, uşaqlar üçün trikotaj, corab məhsulları, cod cuna və bez parça, bint (tənzif), tibbi geyim, tibbi maskalar, aksesuarlar, boyalar, xüsusi geyimlər, habelə hər ölçüdə və növdə parça boyama xidmətləri və digər məhsul və xidmətlərlə məşğul olan 28 aparıcı şirkət iştirak edəcək”, - tədbirin təşkilatçısı olan Caspian Event Organisers şirkətinin məlumatında deyilir.
Onlayn forumda iştirak etmək üçün Azərbaycan şirkətləri, tekstil distribüterləri, tikiş müəssisələrinin mütəxəssisləri, pərakəndə ticarət şəbəkələrinin nümayəndələri və investorlar dəvət olunurlar.
“Bu tədbir Özbəkistan və Azərbaycan sahibkarları üçün pandemiya şəraitində təşkil etdiyimiz ikinci onlayn forumdur. Bu dəfə biz diqqətimizi Özbəkistan iqtisadiyyatının ən perspektivli və inkişaf etmiş sahələrindən birinə - tekstil və tekstil məhsullarının istehsalı və ixracına yönəltmişik. Özbəkistan yüksək keyfiyyətli tekstil məhsullarını Azərbaycan bazarına təqdim etməyə hazırdır. Əminəm ki, onlayn forum ölkələrimiz arasında işgüzar əlaqələrin inkişafına əlavə təkan verəcək və tekstil sənayesində ticarətin artmasına kömək edəcək”, - məlumatda Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanovun sözlərindən sitat gətirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)








