Daha 84 gənc IBA Tech Akademiyasından məzun oldu
Azərbaycan Beynəlxalq Bankının IBA Tech Akademiyasının növbəti buraxılışı olub. İkinci proqram üzrə Akademiyaya qəbul olunmuş tələbələr tam tədris kursunu uğurla başa vuraraq sertifikatlar əldə ediblər. Bu münasibətlə təşkil edilmiş “Məzun günü” mərasimi karantin səbəbindən onlayn formatda keçirilib.
IBA Tech Akademiyasının ikinci proqramında Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə bu dəfə 84 tələbə təhsil alıb. Onlardan 41 nəfəri Mobil development, 43 nəfəri isə Backend üzrə intensiv kurs keçib. Yanvarda elan edilmiş proqram üzrə dərslər karantin dövrünə təsadüf etdiyindən bütün təlimlər distant qaydada aparılıb. Proqram 6 ay davam edib. Məzunların 52 nəfəri Akademiyanı fərqlənmə ilə bitirib.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov mərasimdəki çıxışı zamanı pandemiyanın IBA Tech Akademiyasında dərslərə mane olmadığını, innovativ həllər hesabına tədris prosesinin məsafədən tam şəkildə həyata keçirildiyini bildirib. O, ötən buraxılışda bu təhsil müəssisəsindən 90 nəfər gəncin məzun olduğunu xatırladıb. Onların böyük əksəriyyətinin Azərbaycan Beynəlxalq Bankında işlə təmin edildiyini, digər bir qisminin isə başqa qurumlarda karyera həyatına başladıqlarını diqqətə çatdırıb: “İnnovativ inkişaf layihələri genişləndikcə informasiya texnologiyaları mütəxəssislərinə tələbat daha da artacaq. Biz IBA Tech Akademiyasını bu tələbatı nəzərə alaraq yaratdıq. Ölkəmizin biznes sferasında bir ilk olan bu təşəbbüsümüzün uğuru bizi innovasiyalar sahəsində yeni layihələrə ruhlandırdı. Hazırda IBA İnnovasiya Mərkəzimiz fəaliyyətdədir və FinTech üzrə 12 startap layihəsi bu Mərkəzdə inkubasiya mərhələsindədir. Mərkəzin ilk rezidentləri sırasında Akademiyamızın ilk məzunlarından təşkil edilmiş komandalar da var. Ölkəmizdə innovasiyalar ekosisteminin inkişafına kompleks dəstək layihələrimiz isə bundan sonra da davam etdiriləcək”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
1 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 37 d. əvvəl
-
41 d. əvvəl
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
-
2 saat əvvəl
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"bp-Azərbaycan"dan 2025-ci ilin yekunları üzrə BİZNES ƏMƏLİYYATLARI HESABATI
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq
bp-də işləyən Azərbaycan vətəndaşlarının sayı azalıb
Ən çox oxunanlar
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
KPMG Bakıda 2-ci ofisini açdı
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
Daha bir bank nağd kredit üzrə faiz dərəcəsini endirdi

























