Maliyyə Nazirliyi 5 illik borc kağızını satışa çıxarır - FAİZ GƏLİRİ
 1 sentyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Marja xəbər verir ki, hərraca tədavül müddəti 5 il və hər birinin nominal dəyəri 100 manat olan 100 min ədəd qiymətli kağız çıxarılacaqdır.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü  | Faizli, ortamüddətli dövlət istiqrazları  | 
Qiymətli kağızın ISIN kodu  | AZ0108001782  | 
Emissiya həcmi  | 10 000 000 manat  | 
Nominal dəyəri  | 100 manat  | 
İstiqrazların tədavül müddəti  | 1820 gün  | 
Faiz ödənişləri (olduqda)  | 2 mart 2021-ci il, 31 avqust 2021-ci il, 1 1 mart 2022-ci il, 30 avqust 2022-ci il, 28 fevral 2023-cü il, 29 avqust 2023-cü il, 27 fevral 2024-cü il, 27 avqust 2024-cü il, 25 fevral 2025-ci il, 26 avqust 2025-ci il  | 
Faiz gəliri  | 8,5 %  | 
Ödəmə tarixi  | 26.08.2025  | 
Anderrayter  | Paşa Kapital İŞ QSC  | 
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Xatırlatmaq istərdik ki, 01.09.2020-ci il tarixində hərracı baş tutacaq AZ0108001782 ISIN kodlu qiymətli kağız üzrə faktiki (qalıq) tədavül müddəti 1820 gün təşkil edəcəkdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
                        “Azərikard” banklararası əməkdaşlığı yeni səviyyəyə yüksəldir – Bratislava və Vyanada beynəlxalq görüşlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
 - 1 ay sonra
 - 5 gün sonra
 - 
                         
                     - 
                     47 d. əvvəl
                    
Azərbaycanın Dövlət Agentliyilə Türkiyənin “Ataseven Group” şirkəti arasında razılıq əldə olunub
 - 
                     1 saat əvvəl
                    
AccessBank “Access2Success” layihəsinə dördüncü dəfə start verdiyini elan edir
 - 1 saat əvvəl
 - 2 saat əvvəl
 - 
                     2 saat əvvəl
                    
"SOCAR-ın xalis mənfəətliliyi son 5 ildə 2 dəfədən çox artıb"
 - 2 saat əvvəl
 - 
                     3 saat əvvəl
                    
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
 - 3 saat əvvəl
 - 3 saat əvvəl
 
Son Xəbərlər
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
                                    Biznesiniz üçün QISA NÖMRƏ alın
                                İri bankdan “qızılda alış fürsəti” xəbərdarlığı - "3945 - 4060 dollar aralığı alış etmək üçün bir fürsətdir"
                                Prezident İlham Əliyev Özbəkistana səfərə dəvət edilib
                                Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
                                Qısa ulduz nömrələri haradan almaq olar?
                                Bakı Fond Birjası ticarət dövriyyəsinin həcmini açıqladı
                                Ziraat Bank Azərbaycan “Yaşıl ASAN” ekoloji proqramına qoşulub
                                Təhsildən kənarda qalan uşaqlar
                                Dünyanın ən böyük neft şirkəti, hasilatın artması fonunda xalis mənfəətinin artdığını açıqlayıb
                                Nintendo, əsas oyun konsolunun (Switch 2) artan populyarlığı fonunda satış proqnozunu 19 milyon ədədə qaldırıb
                                Antiinhisar: Aeroportda taksi probleminin hüquqi və iqtisadi tərəfləri qiymətləndirilir
                                BP, neft və qaz hasilatının artması sayəsində 3-cü rübdə proqnozu üstələyən mənfəət əldə edib
                                

                        
                    






.webp)

.jpg)




.jpg)

