“Maliyyə və Mühasibatlığın Praktiki Məsələləri” mövzusunda məqalə müsabiqəsi! (R)
“FEB Group”un təşkilatçılığı və Maliyyə Nazirliyi yanında Maliyyə-Elm Tədris Mərkəzinin dəstəyi ilə “Maliyyə və Mühasibatlığın Praktiki Məsələləri” mövzusunda məqalə müsabiqəsi elan edilir.
Əgər siz də: “Mən maliyyə-mühasibat məsələlərini elmi, daha praktiki və hər kəs tərəfindən anlaşılan şəkildə izah edə bilərəm.”- deyirsinizsə bu müsabiqə məhz sizin üçündür!
Bir ay ərzində məqalələr hazırlanmalı və 20.05.2017 saat 18:00 tarixinədək göstərilən e-mail ünvanına göndərilməlidir.
Mövzu daxilində məqalə başlıqlarının seçilməsi sərbəstdir. Müsabiqədə orta ixtisas təhsili müəssisələrinin bütün tələbələri və ali təhsil müəssisələrinin bakalavriat pilləsində təhsil alan tələbələr iştirak edə bilərlər. Qaliblər Maliyyə-Elm Tədris Mərkəzi tərəfindən təlim paketləri və kitab dəstləri ilə mükafatlandırılacaq! Yerlər üzrə aşağıdakı mükafatlar müəyyən olunmuşdur:
I yer - Təlim paketi və kitab dəsti + 1 nəfərlik “FEB Group” yay məktəbi bileti
II yer - Təlim paketi və kitab dəsti
III yer (2 namizəd) - Kitab dəsti
Müsabiqənin 1-ci mərhələsində seçilən məqalə başlıqlarının və iştirakçının 27.04.2017 tarixinədək aşağıdakı linkdən qeydiyyatdan keçməsi vacibdir. Qeydiyyatdan keçən iştirakçılara məqalə yazılması və bloggerlik təlimi keçiləcəkdir.
Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSdM02PlUQak_Fxau1y-RenvINEDRZsK47DaevjzS4hM_WbN6Q/viewform
Məqalənin yazılma tələbləri:
1. Məqalələr Microsoft Word proqramında 12 ölçülü Arial şrifti ilə yazılmalıdır;
2. Müsabiqədə praktiki məsələlərin həllinə yönələn məqalələrə üstünlük veriləcəkdir;
3. Plagiat mövzulara baxılmır;
4. Göstərilən tarixdən sonra göndərilən məqalələrə baxılmır.
Qeyd: Müsabiqə gedişində baş verən dəyişikliklər və elanlar Maliyyə-Elm Tədris Mərkəzinin https://www.facebook.com/groups/maliyye.elm.tedris.merkezi/ Facebook qrupunda paylaşılacaqdır.
Məqalələr [email protected] elektron poçt ünvanına göndərilməlidir. Müsabiqə ilə bağlı sual yaranarsa göstərilən e-mail ünvanına və ya 077 464 47 30 telefon nömrəsinə yaza bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 d. əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 26 d. əvvəl
-
-
57 d. əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı

























