Azərbaycan və İran nazirləri Astaraçay üzərində yeni körpünün tikintisinə dair müzakirələr aparıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami arasında virtual görüş keçirilib.
Nazirlikdən Marja-ya bildirilib ki, görüşdə hər iki ölkənin Xarici İşlər nazirliklərinin nümayəndələri də iştirak ediblər.
Videobağlantı zamanı iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Danışıqlarda Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi ilə bağlı görüləcək işlər müzakirə olunub. Sözügedən körpünün tikintisinin həyata keçirilməsi üçün müqavilə-hüquq bazasının yaradılması məqsədilə Hökumətlərarası Anlaşma Memorandumu layihəsi üzrə işlərin sürətləndirilməsinə dair razılığa gəlinib.
Qeyd edək ki, son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Hazırda istifadə olunan Astaraçay üzərindəki avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan Respublikası) – Astara (İran İslam Respublikası) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi zərurəti yaranıb.
Videogörüşdə, həmçinin iki ölkə arasında nəqliyyat əlaqələri, “Şimal–Cənub” Nəqliyyat Dəhlizi, İran ərazisində həyata keçirilən layihələr, gələcəkdə yükdaşımaların inkişaf etdrilməsi məsələləri müzakirə olunub.
Sonda tərəflər COVID-19 pandemiyası şəraitində keçirilən onlayn müzakirələrin tezliklə ənənəvi görüşlərlə əvəz olunacağına ümidvar olduqlarını bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 11 saat əvvəl
-
-
12 saat əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
13 saat əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Avtomobil lizinqi şirkəti illik 16.5%-lə borc alır

Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək

Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028

Vəfat edən müştərinin 97 minlik ipoteka krediti ödənildi

İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Ən çox oxunanlar

Məcburi eniş edən AZAL təyyarəsi texniki baxışdan tam keçib və saz vəziyyətdə olub? - AZAL-DAN AÇIQLAMA

Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
