Hesab.az ilə Xalq Bankın birlikdə təqdim etdiyi Qapalı Hərrac başladı!

(®️) Hesab.az portalı və Azərbaycanın ən böyük özəl banklarından biri olan Xalq Bankın birgə həyata keçirdiyi kampaniyanın birinci mərhələsi uğurla başa çatdı.
İştirakçıların yüksək fəallığı ilə fərqlənən mərhələdə gözləniləndən daha böyük sayda istifadəçi ikinci mərhələyə keçmək haqqı qazandı. Hesab.az və Xalq Bank uzunmüddətli tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr hər zaman müştərilərin razılığı və məmnuniyyətini qazanmışdır. Biz əminik ki, Hesab.az və Xalq Bank qarşıda daha böyük birgə layihələrə imza atacaq, aksiya və kampaniyalara daha geniş istifadəçi kütləsi cəlb edəcəklər.
Kampaniya haqda qeyd edə bilərik ki, 15 avqust-15 sentyabr tarixlərində Hesab.az-da qeydiyyatlı olaraq istənilən Xalq Bank kartı ilə ödəniş edən bütün istifadəçilər ödənişləri zamanı (Sığorta istisna olmaqla) 2 qat bonus qazandılar. Bununla yanaşı, müəyyən olunmuş məbləğdə qeyd olunmuş ödənişlərini Hesab.az -da ödəyən Xalq Bank kartı sahibləri 16 sentyabrda keçiriləcək Qapalı Hərracda iştirak haqqı qazanmış oldular. Mobil telefon, powerbank, səsgücləndirici kimi bir çox hədiyyənin olacağı Hərrac-da yalnız 1-ci mərhələdə şərtlərə düzgün əməl etmiş istifadəçilər iştirak edə biləcəklər.
Eyni zamanda, Xalq Bank ilə əməkdaşlığa əsasən Visa kartı olmayan istifadəçilər Hesab.az üzərindən müraciət formunu dolduraraq Xalq Bankdan pulsuz Visa Classic kartı əldə edə bildilər.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
9 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
10 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
11 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
11 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 11 saat əvvəl
-
11 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
12 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 12 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
