"Bu il keçən illə müqayisədə üzümün alıcısı çoxdur"

Cəlilabadda salınan İtaliya mənşəli yeni üzüm bağları artıq öz məhsuldar dövrünü yaşayır. Yığım mövsümü başlayandan bu günədək bağlardan toplanan bol məhsulun 700 tona yaxını emal müəssisələrinə, 7 min tonu daxili bazarlara, 30 tondan çoxu Rusiya bazarlarına ixrac olunub.
Cəlilabadda dadı kimi adı da dillər əzbəri olan Həməşərə, Bayanşirə, Mədrəsə, Ağşanı, Qaraşanı və digər yerli üzüm sortları ilə yanaşı, xarici ölkələrdən gətirilən məhsuldar sortlar da yetişdirilir. İtaliya mənşəli Kardinal, Red qlob, Palieri, Prima, Atika kimi süfrə üzüm sortları bu torpaqlarda tez yetişməsi ilə fərqlənir.
Mütəxəssislər bu sahənin inkişaf etdirilməsinin vacibliyini həm də, üzümün hər hektarından əldə edilən gəlirin, digər kənd təsərrüfatı məhsullarından əldə olunan gəlirdən üstün olması ilə izah edirlər.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Mübariz Nadirov bildirib ki, üzümçülük rayon iqtisadiyyatının əsas sahələrindən biridir. “Rayonumuzda 1400 hektar sahədə üzüm becərilir. Üzümçülük əsas etibarı ilə rayonumuzda iki istiqamətdə texniki və süfrə sortlarından ibarətdir. 500 hektar sahədə texniki, 900 hektarda isə süfrə sortu əkilib. Artıq iki aya yaxındır ki, sahələrdən məhsul toplanılır. Bu günə qədər 7000 tona yaxın məhsul istehsal olunub, 693 ton məhsul şərab istehsalı üçün zavodlara təhvil verilib”, - deyə o bildirib.
Hazırda pandemiya qaydalarına əməl olunmaqla rayonda müasir bazar tələbləri səviyyəsində üzümçülük və onun emal sənayesinin inkişafını təmin etmək məqsədilə yeni süfrə və texniki üzüm sortlarının əkin sahələri genişləndirilir, xarici investorlar cəlb edilir. Builki məhsuldarlıq fermerlərin də ürəyincədir. Fermer Əyyar Hacıyev deyib: “60 hektara yaxın sahəm var. Bu sahədə 16 növ sort becərilir. O, sortlardan birincisi məhsula başladığımız Prima sortu oldu. İndi isə İtaliyadan gətirilən sort əkmişik. Ötən il məhsulumuz bol idi. Ancaq alıcı qüvvəsi az idi. Bu il keçən illə müqayisədə alıcı çoxdur. Ötən il bu üzümün təxminən yarısını şərab zavoduna vermişdik. Ancaq bu il alıcı qüvvəsi çox olduğundan hələ bazarlara çıxarılır. Bundan başqa, Rusiyaya da üzüm göndəririk”.
Ötən il üzüm bağlarından 10 min tona yaxın, yaxud hər hektardan 95 sentner məhsul toplanılıb. Builki proqnoz isə 100 sentnerdən artıq olacağını göstərir.
Azərtac
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Kristal" "City Garden Narimanov"da yenidən daxili krediti aktivləşdirdi!
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB
- 9 saat əvvəl
Son Xəbərlər

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma

“PAŞA Bank” digər banklarda depozitlərini kəskin artırıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

Milyarder Cef Bezosdan 2045 proqnozu

Sabah Bakıda bal yarmarkası fəaliyyətə başlayır
Ən çox oxunanlar

Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB

Avrozonada inflyasiya hədəfin üzərinə yüksəlib

"Azəristiliktəchizat" Asiya İnkişaf Bankı ilə gələcək inkişaf strategiyası hazırlayır

BOKT 16 faizlə borc alır - HƏRRAC TARİXİ

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

Türkiyənin tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb

Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı
